Qurban Qurbanovdan transfer açıqlaması

Qurban Qurbanovdan transfer açıqlaması

Təəssüf ki, avrokubok mövsümü Azərbaycan klubları üçün bitdi.

Ümumən etiraf etməliyik ki, "Qarabağ" ötən mövsüm Avropada başından çox yuxarı tullanmışdı. İndiki nəticə isə hardasa reallığa daha yaxındı.

Məncə, "Qarabağ" yenə də rahatlıqla Azərbaycan çempionu olacaq. Amma növbəti mövsüm "Sabah", "Neftçi" və "Zirə" heyətlərini gücləndirsələr, çempionluq uğrunda əməlli-başlı rəqabət, bəlkə də elə bu yay başqa klublarımızın da Avropada uğurlu çıxışlarını görəcəyik.

İldən-ilə aparıcı futbolçularını itirən "Qarabağ"ın legionerləri yaşlanır.
Bu il Riçard Almeyda 36, Abdulla Zubir və Marko Veşoviç 34, Kevin Medina və Patrik Andrade 32, Yassin Benzia 31, Marko Yankoviç 30 yaşlarını qeyd edir, yerli futbolçulardan Bədavi Hüseynovun 34, Şahruddin Məhəmmədəliyevin 31, Aleksey İsayev və Abbas Hüseynovun isə 30 yaşları tamam olur.
Redon Cicaya Qurban Qurbanov etibar etmir. Yeni legioner qapıçılar Mateuş Koxalski və Fabian Buntiç isə oyunları ilə güvən vermir. Mateuş Silva ən yaxşı halda əvəzedici kimi kimi komandaya faydalı ola bilər kimi görünür, Emmanuel Addainin isə əvəzedici kimi də faydalı olub-olmayacağı ciddi şübhə doğurur.

Bu gün "Qarabağ"ın Lunyov kimi güvən verən qapıçısı, Juninyo kimi həlledici qollar vuran hücumçusu, Kadi kimi komandanı arxasınca aparacaq lideri yoxdu. Yaşlanan legionerlər əvvəlki kimi oynaya bilmir.

"Juninyo kimi futbolçuların olanda da uduzursan. O da qol epizodlarını qaçırır. Bundan əvvəlki oyunlarda görmüşük.  Gücləndirməyə gəldikdə, mütləq. Komandaya bir neçə yeni oyunçu dəvət etməyi fikirləşirik. Əfsuslar olsun ki, qışda çətindir. Qarşıdakı aylarda işimizi aktivləşdirəcəyik".

Bu sözləri baş məşqçimiz Qurban Qurbanov FCSB-yə 2:3 hesablı məğlubiyyətdən sonra deyib.

"Qarabağ" bu heyətlə də Azərbaycan çempionu olacaq potensialdadı və bayaq dedyim kimi mənə görə olacaq da. Amma Qurban hoca dediyi kimi bir neçə yeni transferlə Avropada ötənilki  kimi möhtəşəm çıxış etməsi müşkül görünür.

Çünki, yuxarıda da qeyd etdim ki, yaşı 30-u haqlayan 11, müxtəlif səbəblərdən ciddi məqsədlərə yaramayan 5 futbolçu var.
Əgər Avropadakı uğurlara davam etmək istəyiriksə, komandada əsaslı yenilənmə lazımdı. Bir neçə transferlə bu məqsədə çatmaq çətin məsələdi...

Son xəbərlər
“Qarabağ” “Şamaxı”ya, “Sabah” “Zirə”yə qarşı
Parisdə 5, Marseldə 4 qol
“Real” yenə xal itirdi
“Vest Hem” 4 cavabsız qola sevindi
“Roma”dan darmadağın
İlk oyunda heç-heçə
İtaliya millisinin yeni baş məşqçisi bilindi
“Milan” yay hazırlıq planları üzərində çalışır
“Beşiktaş”dan inamlı qələbə
“Milan” “Çelsi”nin hücumçusunu icarəyə götürmək istəyir
Sumqayıtda Azərbaycan birinciliyi keçiriləcək
“Sabah”ın U-18 komandası ÇL-də məğlub oldu
Ercan Aslan və Gülay Orucovadan qızıl medal
“Barselona” yay hazırlıq səfəri üzərində çalışır
“Borussiya”da yeni müqavilə
1-ci Liqada daha iki turun oyun cədvəli açıqlandı
“Real” Oliseyə görə nəhəng təkliflə çıxış edə bilər
Mingəçevirdə məşqçilər üçün seminar başa çatıb
Yeddi azərbaycanlı idmançı üçün Türkiyə sınağı
“Real”ın hücumçusu Premyer Liqaya yollana bilər
Spaletti ilə yeni müqavilə imzalandı
Azərbaycan güləşçiləri üçün Antalya sınağı
“Hər görüşə qələbə üçün çıxacağıq” - Füzuli Məmmədov
“Arsenal” “Real”ın iki məzununu hədəfə aldı
“Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm” - Azər Bağırov
“Kəpəz” Yevlaxda darmadağına üzüldü - VİDEO
Martinelli gələcəyi ilə bağlı qərar verdi
“Karvan-Yevlax”dan darmadağın
2-ci dərəcə məşqçi kursu başa çatıb
“Barselona” 10 milyon avro məbləğində qabağa düşə bilər
DAHA ÇOX

Ən çox oxunanlar