“Pley-offda oyunlar daha maraqlı olacaq”

“Pley-offda oyunlar daha maraqlı olacaq”

"Gənclər" komandasının iki təcrübəli oyunçusu işimizi çətinləşdirdi.

Sports.az xəbər verir ki, bunu MOİK-in baş məşqçisi Cavid Süleymanov Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında Yüksək Liqanın 7-ci turunda qarşılaşdıqları "Gənclər" komandası ilə oyun haqqında deyib.

Mütəxəssis qələbə qazanmalarına rəğmən, görüşün çox gərgin keçdiyini vurğulayıb:

“Gənclər” komandasına qarşı gərgin oyun oldu. Çempionatın gənclərdən təşkil olunmuş iki komandasının qarşılaşması həqiqətən də çox maraqlı keçdi. Artıq iki aydır ki, çempionat davam edir. Fikrimcə, bu, ən maraqlı qarşılaşmalardan biri oldu. Qələbə qazandıq, amma “Gənclər” komandası həqiqətən çox gözəl oyun göstərdi. Rəqibin iki təcrübəli oyunçusu işimizi çətinləşdirdi. İnanıram ki, bu gün gənc oyunçulardan formalaşan hər iki kollektivdə yer alan voleybolçular yaxın illərdə əsas millidə çıxış edəcəklər".

O, çempionatda ümumi mübarizəni dəyərləndirib:

"Ümumilikdə çempionat çox maraqlı keçir. Düşünürəm ki, “Azərreyl" yarışın surpriz komandasıdır, “Neftçi” də son oyunlarda məğlub olmasına baxmayaraq, ən təhlükəli rəqibdir. “Xilasedici” və “Murov Az Terminal” isə yarışın favoritləridirlər. Fikrimcə, pley-offda oyunlar daha maraqlı olacaq”.

Qeyd edək ki, Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan görüşdə MOİK "Gənclər"ə 3:2 hesabı ilə qalib gəlib.

Son xəbərlər
“İlk oyunda qazanılan qələbə vacib idi”
“Neftçi”nin üzvü FIBA Avropa Kubokunda ayın ən yaxşısı seçildi
Basler Keyn və Levandovski arasında seçim etdi
“Yaxşı işlər görəcəyik” – Azərbaycan millisinin baş məşqçisi
Van Deyk “Liverpul”dan ayrılmaq istəyirmiş
“Paçuka”nın prezidentini həbs etmək istəyirlər
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Spalletti Vlahoviçlə söhbət apardığını açıqladı
Riera Serbiya nəhəngi ilə razılığa gəldi
PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
İslamiadada iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi
Azərbaycan millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
“Atletik” baş məşqçisinə əvəz axtarır
“İslamiadada yeni tarix yazmaq istəyirik”
“Qaradağ Lökbatan”la “Kür-Araz”dan darmadağın
“Spartak” Riera ilə maraqlanır
Böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Azərbaycan millisinin İslamiadadakı matçlarının təqvimi müəyyənləşdi
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
2-ci Liqada ötən ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
“Qarabağ”ın legioneri Xorvatiya ilə oyuna çağırıldı
DAHA ÇOX

Ən çox oxunanlar