Digər
Azərbaycanın güllə atıcısından beynəlxalq turnirdə bürünc medal

25.01.2025 | 10:15
Azərbaycanın güllə atıcısı Vladislav Kalmıkov Almaniyanın Münhen şəhərində keçirilən "2025 H&N" Kubokunda bürünc medal qazanıb.
Sports.az xəbər verir ki, təmsilçimiz oğlanlar arasında pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışında 217.1 xal toplayaraq bürünc medal əldə edib.
Qeyd edək ki, turnirə yanvarın 26-da yekun vurulacaq.
Son xəbərlər





























