Digər
ABL: 12-ci tura yekun vurulur

26.01.2025 | 11:15
Azərbaycan Basketbol Liqasında 12-ci tura bu gün yekun vurulacaq.
Sports.az xəbər verir ki, sonuncu oyunda "Şəki" "Ordu"nu qəbul edəcək.
Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri B qrupunda 20 xalla ikinci, "Ordu" 19 xalla üçüncü pillədə qərarlaşıb.
Turun əvvəlki matçlarında "Abşeron" "Sərhədçini" (86:79), "Sabah" "Neftçi"ni (75:65), "Sumqayıt" "Lənkəran"ı (93:90), "Gəncə" "Quba"nı (96:78), NTD isə "Naxçıvan"ı (90:70) məğlub edib.
Son xəbərlər





























