“Kubok matçında meydana yalnız qələbə üçün çıxacağıq”

“Kubok matçında meydana yalnız qələbə üçün çıxacağıq”

"Gəncə"nin basketbolçusu Elşad Şirzadov "Ordu"ya qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan əvvəl klubun mətbuat xidmətinə açıqlama verib.

Sports.az xəbər verir ki, kapitan komandasının fanatları ilə güclü olduğunu bildirib:

“Tribunalarda azarkeşləri görmək olduqca xoşdur. Oyun boyunca bizə lazımi dəstəyi verirlər. Ona görə onları “Ordu” ilə kubok matçına da dəvət edirəm. Biz bu görüşə xüsusi motivasiya ilə çıxacağıq. Çünki sonuncu qarşılaşmada rəqibimizə uduzmuşuq. Məşqçilərimizin köməyi ilə oyuna intensiv məşqlər etməklə hazırlaşırıq".

Şirzadovun fikrincə, “Gəncə”nin heyətində Azərbaycan millisinin iki üzvünün olması komandanın üstünlüyüdür:

“Mən və Cəbrayıl Əkbərov yığmada çıxış edirik. Limitə görə üstünlüyümüz var. U-21 yığmasında oynayan Azər Əzimovu, eləcə də Maqsud Rüstəmovu da unutmaq olmaz. Düşünürəm ki, bizim yerli oyunçularımız yetərincə güclüdürlər. Kubokda üstünlüyümüz var”.

O, çempionatdakı limitin fərqli olduğunu söyləyib:

"Məşqçilər tərəfindən seçilən oyun sistemimiz var. Dediyim kimi, son çempionat matçında “Ordu”ya məğlub olduğumuzdan bu komandaya qarşı oyunlara ciddi hazırlaşırıq. Hər detalı incələyirik. Əvəz çıxmaq istəyirik. Bundan sonrakı bütün görüşlər bizim üçün çox vacibdir. Qrup birincisi olaraq 1/4 finala birbaşa adlamaq istəyirik. Məqsədimiz budur”.

Qeyd edək ki, "Gəncə" - "Ordu" görüşü yanvarın 29-da, saat 14:00-da start götürəcək.

Son xəbərlər
PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
İslamiadada iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi
Azərbaycan millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
“Atletik” baş məşqçisinə əvəz axtarır
“İslamiadada yeni tarix yazmaq istəyirik”
“Qaradağ Lökbatan”la “Kür-Araz”dan darmadağın
“Spartak” Riera ilə maraqlanır
Böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Azərbaycan millisinin İslamiadadakı matçlarının təqvimi müəyyənləşdi
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
2-ci Liqada ötən ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
“Qarabağ”ın legioneri Xorvatiya ilə oyuna çağırıldı
Keyn “Barselona”ya keçə bilərmi?
Əvəzedicilərin yarışında 10-cu turun təyinatları açıqlandı
2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular
Azərbaycan derbisinə doğru: Seriyalar
“Tottenhem”in Frankla bağlı mövqeyi məlum oldu
FIFA-nın Azərbaycanda oynamış futbolçuya qarşı sanksiyası qüvvədə qaldı
Azərbaycan derbisinə doğru: Mövsümün ilk derbisi
Nazir beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb
Alba karyerasında əsas rol oynamış məşqçini açıqladı
DAHA ÇOX

Ən çox oxunanlar