Digər
				Azərbaycan badmintonçusu İranda gümüş medal qazanıb

03.02.2025 | 15:40
					Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra İranda keçirilən 33-cü “Iran Fajr International Challenge” turnirində gümüş medal qazanıb.
Sports.az Badminton federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qadın badmintonçuların şəxsi yarışında mübarizəyə 1/32 finaldan başlayan badmintonçumuz finala gedən yolda İran, Türkiyə, Bolqarıstan və Hindistandan olan rəqiblərinə qalib gəlib.
Keişa qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada Türkiyə badmintonçusu Neslihan Arınla üz-üzə gəlib.
Oyun turnirin reytinq favoriti Neslihanın 2:0 (21-17,21-14) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 21 yaşlı badmintonçumuz hazırda Dünya Badminton Federasiyasının reytinq siyahısında 49-cu sırada qərarlaşıb.
Son xəbərlər
		
									
									
									
									
									
									




























