Bakıda keçirilən IBA Çempionlar Gecəsi təşkilatçılığına görə “üçlüy”ə düşüb

Bakıda keçirilən IBA Çempionlar Gecəsi təşkilatçılığına görə “üçlüy”ə düşüb

Bakıda keçirilən boks üzrə IBA Çempionlar Gecəsi ötən ilin ən yaxşı yarışları sırasında yer alıb.

Sports.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında baş tutan gecə təşkilatçılıq baxımından fərqləndirilib.

Bununla bağlı Beynəlxalq Boks Assosiasiyası (IBA) Azərbaycan Boks Federasiyasına (ABF) təşəkkür məktubu göndərib. IBA prezidenti Umar Kremlyov bildirib ki, Bakıya səfəri zamanı ABF tərəfindən göstərilən qonaqpərvərlik ölkəmizin zəngin ənənələrinin parlaq əksi olub: “2024-cü il sentyabrın 28-də Bakıdakı Milli Gimnastika Arenasında keçirilən İBA Çempionlar Gecəsi təkcə Azərbaycan boksu üçün əlamətdar hadisə olmayıb, həm də 2024-cü ildə keçirilən üç ən yaxşı İBA Çempionlar Gecəsi yarışından biri olub. Bu möhtəşəm nailiyyət bizim idman növümüzə baxışımızı və inkişafa sadiqliyimizi nümayiş etdirib”.

Həmçinin vurğulanıb ki, boksun inkişafına şərait yaratmaq, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylər ən yüksək qiymətə layiqdir: “Əminəm ki, Azərbaycan bundan sonra da İBA və EUBS-in bayrağı altında keçirilən böyük turnirləri keçirməkdə davam edəcək”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş keçirilib. Rinqə çıxan Azərbaycan 4 boksçusu isə qələbə qazanıb.

Son xəbərlər
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
2-ci Liqada ötən ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
“Qarabağ”ın legioneri Xorvatiya ilə oyuna çağırıldı
Keyn “Barselona”ya keçə bilərmi?
Əvəzedicilərin yarışında 10-cu turun təyinatları açıqlandı
2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular
Azərbaycan derbisinə doğru: Seriyalar
“Tottenhem”in Frankla bağlı mövqeyi məlum oldu
FIFA-nın Azərbaycanda oynamış futbolçuya qarşı sanksiyası qüvvədə qaldı
Azərbaycan derbisinə doğru: Mövsümün ilk derbisi
Nazir beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb
Alba karyerasında əsas rol oynamış məşqçini açıqladı
Günün oyunları – TV
Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turuna start verilir
Futzal və voleybol millilərimiz İslamiadada mübarizəyə başlayır
“Roma” “Mançester Yunayted”in hücumçusu ilə bağlı danışıqlara başladı
“Real”ın hücumçusunun durumu qeyri-müəyyəndir
“Bayern” Upamekanonu saxlamaq üçün bütün imkanlarını səfərbər edəcək
Kimpembe PSJ-dən ayrıldığına təəssüflənirmi?
“Tuluza”nın yarımmüdafiəçisi irqi zəmində təhqirdə şübhəli bilinir
Akanci “İnter”də qalacaqmı?
DAHA ÇOX

Ən çox oxunanlar