Digər
				Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi keçiriləcək

03.02.2025 | 19:45
					Fevralın 4-də yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Sports.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlar 14, qızlar 7 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşdirəcəklər.
6 gün davam edəcək birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 62 komandanın 319 (280 oğlan, 39 qız) boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər 12:30-da başlayacaq.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.
Birinciliyin baş hakimi Anar Babanlı olacaq.
Son xəbərlər
		
									
									
									
									
									
									




























