Digər
				Azərbaycan qran-prisində əsas yarışın başlama vaxtı açıqlandı

04.02.2025 | 15:45
					Bu il Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan qran-prisində əsas yarışın başlayacağı vaxt müəyyənləşib.
Sports.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Əsas yarış sentyabrın 21-də, yerli vaxtla saat 15:00-da start götürəcək.
Sentyabrın 19-da, saat 12:30-da birinci sərbəst yürüş, 16:00-da isə ikinci sərbəst yürüş başlayacaq. Növbəti gün saat 12:30-da üçüncü sərbəst yürüş, 16:00-da isə təsnifat gerçəkləşəcək.
Formula 1-də yeni mövsümə martın 16-da Avstraliyada start veriləcək.
Son xəbərlər
		
									
									
									
									
									
									




























