Digər
				Derbiyə Lebron damğası

05.02.2025 | 10:15
					NBA-də Los Anceles derbisində "Klippers" "Leykers"i qəbul edib.
Sports.az xəbər verir ki, qonaqların 122:97 hesablı qələbəsi ilə bitən qarşılaşmada qocalmaq bilməyən Lebron Ceyms hamıdan məhsuldar oyun sərgiləyib.
40 yaşlı ulduz 26 xal, 8 ribaund və 9 ötürmə ilə komandasının qələbəsində əsas pay sahibi olub.
Ardıcıl üçüncü qələbəsini qazanan "Leykers" Qərb konfransında beşinci pillədə qərarlaşıb. Dalbadal ikinci dəfə uduzan "Klippers" altıncı sıradadır.
Son xəbərlər
		
									
									
									
									
									
									




























