Digər
				ABL: Bu gün daha bir qarşılaşma baş tutacaq

05.02.2025 | 11:40
					Azərbaycan Basketbol Liqasının 14-cü turunda bu gün daha bir qarşılaşma baş tutacaq.
Sports.az xəbər verir ki, B qrupunda "Quba" "Sumqayıt"la üz-üzə gələcək.
"Sərhədçi" İdman Mərkəzində keçiriləcək görüş saat 19:00-da başlayacaq. "Sumqayıt" hazırda qrupda 18 xalla dördüncüdür. Sonuncu - 6-cı pillədə olan "Quba"nın 16 xalı var.
14-cü turun dünən keçirilən "Abşeron" - "Naxçıvan" matçı ikincilərin 76:70 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Son xəbərlər
		
									
									
									
									
									
									




























