Digər
				“Azərreyl” MOİK-ə qarşı

05.02.2025 | 11:30
					Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 9-cu tura bu gün start veriləcək.
Sports.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
"Azərreyl" MOİK-lə üz-üzə gələcək. Matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 16:00-da start götürəcək. "Azərreyl" hazırda 16 xalla 3-cü, MOİK 2 xalla 5-ci pillədə qərarlaşıb.
Turun “Gənclər” - “Neftçi” və “Xilasedici” - “Murov Az Terminal” görüşləri fevralın 6-da baş tutacaq.
Son xəbərlər
		
									
									
									
									
									
									




























