Divizion klublarının cəzaları açıqlandı

Divizion klublarının cəzaları açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sports.az xəbər verir ki, iclasda birinci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

1-ci divizionun 9-cu turunun “Qaradağ Lökbatan” – “Zirə-2” oyununda polis əməkdaşı oyun öncəsi iclasda iştirak etmədiyi üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə olunur.

“Qaradağ Lökbatan” – “Zirə-2” oyununda oyun xərək daşıyanlarla vaxtında təmin olunmadığı üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə olunur.

“Qaradağ Lökbatan” – “Zirə-2” oyununda “Zirə-2”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.

9-cu turun “Neftçi-2” – “Kəpəz-2” oyununda təcili tibbi yardım maşını stadiona gecikdiyi üçün “Neftçi-2” klubu 160 manat cərimə olunur.

“Neftçi-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.

“Neftçi-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2”nin baş məşqçisi Xaliq Mərdanov texniki zonanı tərk edib hakimin qərarına etiraz etməsinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun kənarlaşdırılır və “Kəpəz-2” 80 manat cərimə olunur.

9-cu turun “Qarabağ-2” – “İmişli” oyununda “İmişli”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “İmişli” klubu 80 manat cərimə olunur.

“Qarabağ-2” – “İmişli” oyununda “İmişli” klubunun futbolçusu Nicat Fərəcli oyunun 61-ci dəqiqəsində qeyri-idman hərəkəti etdiyinə görə ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, “İmişli” klubu 320 manat cərimə olunur.

9-cu turun MOİK – “Qəbələ-2” oyununda “Qəbələ-2” klubunun komandası iclasa gecikdiyi üçün 40 manat cərimə olunur.

MOİK – “Qəbələ-2” oyununda təcili tibbi yardım maşını gecikdiyi üçün MOİK klubu 160 manat cərimə olunur.

MOİK – “Qəbələ-2” oyununda MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün MOİK 80 manat cərimə olunur.

9-cu turun “Zaqatala” – “Şamaxı-2” oyununda polis nümayəndəsi xidməti iclasa gecikdiyi üçün “Zaqatala” klubu 40 manat cərimə olunur.

“Zaqatala” – “Şamaxı-2” oyununda təcili tibbi yardım maşını gecikdiyi üçün “Zaqatala” klubu 160 manat cərimə olunur.

“Zaqatala” – “Şamaxı-2” oyununda azarkeşlər tərəfindən stadiona kənar əşya (plastik su qabı) atıldığı üçün “Zaqatala” klubu 160 manat cərimə olunur.

“Zaqatala” – “Şamaxı-2” oyununda “Şamaxı-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.

Son xəbərlər
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
DAHA ÇOX

Ən çox oxunanlar