Digər
				“Neftçi" "Sərhədçi" ilə üz-üzə

06.02.2025 | 10:30
					Azərbaycan Basketbol Liqasının 14-cü turunda "Neftçi" bu gün "Sərhədçi" ilə üz-üzə gələcək.
Sports.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçiriləcək A qrupunun matçı saat 19:00-da başlayacaq.
"Neftçi" hazırda qrupda 4-cü, "Sərhədçi" isə 5-ci yerdə qərarlaşıb. Hər iki komandanın 18 xalı var.
14-cü turun daha əvvəl keçirilən matçlarında "Naxçıvan" "Abşeron"u 76:70, "Quba" "Sumqayıt"ı 90:80 hesabı ilə məğlub edib.
Son xəbərlər
		
									
									
									
									
									
									




























