Digər
				“Sabah” NTD ilə üz-üzə

07.02.2025 | 12:00
					Azərbaycan Basketbol Liqasında bu gün 14-cü turun daha bir oyunu keçiriləcək.
Sports.az xəbər verir ki, A qrupunda son ölkə çempionu "Sabah" NTD ilə üz-üzə gələcək.
Görüş "Sərhədçi" İdman Mərkəzində, saat 19:00-da start götürəcək.
14-cü turun daha əvvəl keçirilən matçlarında "Neftçi" "Sərhədçi"ni 82:67, "Naxçıvan" "Abşeron"u 76:70, "Quba" "Sumqayıt"ı 90:80 hesabı ilə məğlub edib. Tura fevralın 8-də keçiriləcək oyunlarla yekun vurulacaq.
Son xəbərlər
		
									
									
									
									
									
									




























