MOK-da federasiya nümayəndələri üçün seminar keçirilib

MOK-da federasiya nümayəndələri üçün seminar keçirilib

Fevralın 7-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında “Beynəlxalq Olimpiya Komitəsinin idmançıların psixi sağlamlığı və təhlükəsizliyinə dair metodiki vəsaitlərin təqdimatı” mövzusunda seminar keçirilib.

Sports.az xəbər verir ki, tədbirdə qurumun idman şöbəsinin baş məsləhətçisi, “Təhlükəsiz idman” üzrə BOK-un setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, Azərbaycan Cüdo Federasiyasının təhsil şöbəsinin müdiri Orxan Oruczadə, federasiya nümayəndələri və məşqçilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Vaqif Əliyev idmançıların psixi sağlamlığı və təhlükəsizliyinə dair metodiki vəsaitlər barədə məlumat verib. MOK-un nümayəndəsi çıxışında “Təhlükəsiz idman”ın idman siyasətində yeri və rolu, bu istiqamətdə görülmüş işlərdən danışıb.

Federasiyaların bu sahədə mümkün qədər maarifləndirilməsinin vacibliyinə toxunan Vaqif Əliyev “İdmançıların idmanda qısnama və zorakılıqdan müdafiəsi”, Beynəlxalq Olimpiya Komitəsinin elit idmançıların psixi sağlamlığı”, “İdmanda böyüklərin beynəlxalq müdafiə təminatlarının hazırlanması”, “İdmanda uşaqların beynəlxalq müdafiə təminatları” adlı metodiki vəsaitlərin bu mövzuda əhəmiyyətli olacağını bildirib. O, hazırlanan vəsaitlərin Azərbaycan və rus dillərində tərcümə olunduğunu deyib.

Seminarda çıxış edən Azərbaycan Cüdo Federasiyasının təhsil şöbəsinin müdiri Orxan Oruczadə hazırlanan vəsaitlərin vacibliyini, elit idmançıların psixi sağlamlığının və hazırlığının əhəmiyyətini qeyd edib.

Vəsaitin federasiyalar, məşqçilər və həkimlər üçün faydalı olacağını bildirən federasiya nümayəndəsi psixi sağlamlığın simptomları və dəyişiklikləri barədə də danışıb. Qeyd olunub ki, vəsait belə problemləri müşahidə edib, aradan qaldırmaqda və ilkin psixoloji yardımın həyata keçirilməsində böyük kömək olacaq.

Tədbirin sonunda federasiya nümayəndələrinin sualları cavablandırılıb.

Son xəbərlər
2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular
Azərbaycan derbisinə doğru: Seriyalar
“Tottenhem”in Frankla bağlı mövqeyi məlum oldu
FIFA-nın Azərbaycanda oynamış futbolçuya qarşı sanksiyası qüvvədə qaldı
Azərbaycan derbisinə doğru: Mövsümün ilk derbisi
Nazir beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb
Alba karyerasında əsas rol oynamış məşqçini açıqladı
Günün oyunları – TV
Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turuna start verilir
Futzal və voleybol millilərimiz İslamiadada mübarizəyə başlayır
“Roma” “Mançester Yunayted”in hücumçusu ilə bağlı danışıqlara başladı
“Real”ın hücumçusunun durumu qeyri-müəyyəndir
“Bayern” Upamekanonu saxlamaq üçün bütün imkanlarını səfərbər edəcək
Kimpembe PSJ-dən ayrıldığına təəssüflənirmi?
“Tuluza”nın yarımmüdafiəçisi irqi zəmində təhqirdə şübhəli bilinir
Akanci “İnter”də qalacaqmı?
Sanço “Mançester Yunayted”ə qayıdacaq
Turun son oyunu qolsuz bitdi
“Everton” səfərdən 1 xalla qayıtdı
“Latsio”dan inamlı qələbə
Sakki Fabreqası qiymətləndirdi
“Antalyaspor” və “Rizəspor”dan qələbə
Kapello çempionluq mübarizəsində “Yuventus”a gərəkli amili açıqladı
Ançelotti Modriçin futbol uzunömürlüyünü qiymətləndirdi
Sumqayıtda region birinciliyi keçiriləcək
“Qəbələ” “Sabah”a belə uduzdu – VİDEO
“Rəqib ilk hissədə bizə çox çətinliklər yaşatdı” - Dambrauskas
“Bəxtimiz gətirmədi” – Sxadadze
Azərbaycan millisinin oyun təqvimində dəyişiklik edildi
“Sabah” “Qəbələ”yə qalib gəldi
DAHA ÇOX

Ən çox oxunanlar