Futbol
“Milan”dan baş məşqçisi ilə yeni müqavilə

31.10.2022 | 22:19
İtaliyanın "Milan" klubu baş məşqçi Stefano Pioli ilə yeni müqavilə bağlayıb.
Sports.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
57 yaşlı mütəxəssislə sözləşmənin müddəti 2025-ci ilin yayınadək uzadılıb. Onun əvvəlki müqaviləsi 2023-cü ilin iyununda başa çatmalı idi.
Xatırladaq ki, "Milan" ötən mövsüm Stefano Piolinin rəhbərliyi altında A Seriyasının qalibi olub. Hazırda komanda 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Son xəbərlər





























