Daha iki komanda ÇL-in 1/8 finalına vəsiqə qazandı

Daha iki komanda ÇL-in 1/8 finalına vəsiqə qazandı

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - 6-cı tura start verilib.

Sports.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında keçirilən 8 oyundan sonra 1/8 finalın daha 2 iştirakçısı bəlli olub.

A qrupunda pley-offa vəsiqəni təmin etmiş iki komanda - "Liverpul"la "Napoli" İngiltərədə üz-üzə gəlib. Bu qarşılaşma yalnız qrup liderliyini müəyyənləşdirmək baxımından önəm daşıyırdı. İnamlı qələbəyə sevinən “qırmızılar” qrup lideri olublar. Qrupun digər görüşündə isə "Ayaks" Şotlandiyada "Reyncers"in qonağı olub. Amsterdam təmsilçisi səfər qələbəsi sayəsində Avropa Liqasının pley-offuna vəsiqə qazanıb.

B qrupunda növbəti mərhələyə adlaması dəqiqləşən "Brügge" Almaniyada "Bayer"lə, "Portu" isə evdə Madrid "Atletiko"su ilə qarşılaşıb. "Brügge" və "Portu" qrup liderliyi, "Bayer" və "Atletiko" isə 3-cü yer uğrunda mübarizə aparıblar. Portuqaliyada meydan sahibləri inamlı qələbə qazanıblarsa, Almaniyadakı oyunda qapılara qol vurulmayıb. Bu nəticələrdən sonra "Portu" qrup qalibi olubsa, "Brügge" ikinci yerlə kifayətlənib. "Bayer" Avropa Liqasına vəsiqə qazandığı halda, Madrid "Atletiko"su sonuncu olub.

C qrupunda bütün suallara aydınlıq gəldiyindən "Bayern" - "İnter" və "Viktoriya" - "Barselona" matçları formal xarakter daşıyırdı. Almaniyada meydan sahibləri, Çexiyada isə qonaqlar qələbə qazanıblar.

D qrupunda isə 4 komandanın hər birinin pley-off şansı davam edirdi. Portuqaliyada "Sportinq" və "Ayntraxt", Fransada isə Marsel “Olimpik"i və "Tottenhem" arasında keçirilən oyunlarda səfər qələbəsinə sevinən qonaq komandalar 1/8 finala yüksəliblər. Fransa təmsilçisi qrupda qalıbsa, "Sportinq" yoluna Avropa Liqasında davam edəcək.

Xatırladaq ki, daha öncə "Napoli", "Liverpul", "Brügge", "Portu", "Bayern" və "İnter"lə yanaşı, Almaniyanın "Borussiya" (Dortmund), İspaniyanın "Real", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları da pley-offa vəsiqəni təmin ediblər.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur

1 noyabr

A qrupu

Liverpul (İngiltərə) - Napoli (İtaliya) 2:0
Qol: Salah, 86. D.Nunes, 90+9.

Reyncers (Şotlandiya) - Ayaks (Niderland) 1:3
Qol: Tavernye, 86-pen - Berqeys, 4. Kudus, 29. Konseysao, 89.

Xal: Napoli - 15. Liverpul - 15. Ayaks - 6. Reyncers - 0.

B qrupu

Portu (Portuqaliya) - Atletiko (Madrid, İspaniya) 2:0
Qol: Taremi, 5. Eustakio, 24.

Bayer (Almaniya) - Brügge (Belçika) 0:0

Xal: Portu - 12. Brügge - 11. Bayer – 5. Atletiko - 5.

C qrupu

Bayern (Almaniya) - İnter (İtaliya) 2:0
Qol: Pavar, 32. Şupo-Motinq, 72.

Viktoriya (Plzen, Çexiya) - Barselona (İspaniya) 2:4
Qol: Çori, 51-pen; 63 – M.Alonso, 6. F.Torres, 44; 54. Torre, 75.

Xal: Bayern - 18. İnter - 10. Barselona - 7. Viktoriya - 0.

D qrupu

Sportinq (Portuqaliya) - Ayntraxt (Frankurt, Almaniya) 1:2
Qol: A.Qomes, 39 – Kamada, 62-pen. Muani, 72.

Olimpik (Marsel, Fransa) - Tottenhem (İngiltərə) 1:2
Qol: Mbemba, 45+2 – Lanqle, 54. Hoybyerq, 90+5.

Xal: Tottenhem - 11. Ayntraxt - 10. Sportinq – 7. Olimpik – 6.

Son xəbərlər
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
DAHA ÇOX

Ən çox oxunanlar