“Qarabağ” üçün tanış hakim - “Qəbələ” ilə milimizin də matçını idarə edib

“Qarabağ” üçün tanış hakim - “Qəbələ” ilə milimizin də matçını idarə edib

Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Frayburq” (Almaniya) qarşılaşmasının baş hakimi Aleksey Kulbakov Azərbaycan futbol ictimaiyyəti üçün tanış referi hesab oluna bilər.

Sports.az xəbər verir ki, belaruslu ədalət təmsilçisi daha əvvəl də Azərbaycan təmsilçilərinin oyunlarına təyinat alıb.

Belə ki, o, ilk dəfə 2011-ci ilin 10 avqustunda "Dalğa Arena"da keçirilən Azərbaycan - Makedoniya yoxlama görüşünü idarə edib. Yığmamızın 0:1 hesabıyla uduzduğu həmin matçda Kulbakov Makedoniya yığmasının 2 üzvünə sarı vərəqə göstərib.

FİFA referisi “Qarabağ”ın da oyununda söz sahibi olub. O, 2014-cü il oktyabrın 2-də Avropa Liqasının qrup mərhələsində ağdamlıların Milanda "İnter"lə matçını (2:0) idarə edib. Kulbakov "İnter"dən Juan Jezus və Qari Medeli, "Qarabağ"dan isə Muarem Muaremi sarı vərəqə ilə cəzalandırıb.

Kulbakov 2016-cı il avqustun 18-də Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilmiş “Qəbələ” - “Maribor” (Sloveniya) matçının da baş hakimi olub. Mərhələnin ilk oyununu Azərbaycan təmsilçisi 3:1 hesablı qələbə ilə başa vurub.

Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Frayburq” (Almaniya) matçına saat 21:45-də start veriləcək.

Son xəbərlər
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
DAHA ÇOX

Ən çox oxunanlar