Digər
				Millimiz son oyunda da uduzdu

09.02.2025 | 20:29
					Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AÇ-2025-in seçmə mərhələsində bu gün sonuncu matçını keçirib.
Sports.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda C qrupundakı altıncı oyunda Polşa ilə üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində keçirilən görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 88:34.
Azərbaycan millisi Polşa ilə yanaşı Belçika və Litva ilə mübarizə apardığı qrupda daha əvvəl keçirdiyi bütün görüşlərdə rəqiblərinə məğlub olmuşdu.
Son xəbərlər
		
									
									
									
									
									
									




























