Reytinq turnirinin son günündə 5 medal

Reytinq turnirinin son günündə 5 medal

Xorvatiyanın Zaqreb şəhərində keçirilən güləş üzrə reytinq turnirinə yekun vurulub.

Sports.az xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə millinin 11 üzvü xalçaya çıxıb.

Elmir Əliyev (55 kq) A qrupunda iranlı Mehdi Əhədi (6:3), özbəkistanlı Jasurbek Ortikboyevə (10:5) və sinqapurlu Aleksandr Kuevasa (8:0) qalib gəlib. Qrup qaibi kimi yarımfinala yüksələn Əliyev amerikalı Bredi Kuntsu da üstələyib – 5:0. Elmir finalda yenidən Əhədi ilə qarşılaşıb və inamlı qələbəylə (7:0) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

60 kq-da ölkəmizi 3 güləşçi təmsil edib. Yuxarı çəkidə çıxış edən Eldəniz Əzizli startda özbəkistanlı Mehrac Bəhramovla bacarmayıb – 0:9. Nihat Məmmədli israilli Melkamu Feteneyə tam üstünlüklə (11:1) qalib gəlsə də, 1/4 finalda Bəhramova 6:11 hesabıyla məğlub olub. Hüseyn Qəribov debütdə serbiyalı Georgi Tibilova uduzub – 0:6. O, təsəlliverici görüşdə israilli Abere Feteneni üstələyib – 4:1. Ancaq bürünc medal uğrunda mübarizədə iranlı Puya Naserpura yenilib – 1:9.

Ülvü Qənizadə (72 kq) ilk mərhələdə çexiyalı Denis Mertli üstələsə (4:3) də, zədəyə görə yarışdan çəkilib. Onunla eyni çəkidə çıxış edən Ruslan Nurullayev debütdə macarıstanlı Levente Levaya 1:4 hesabıyla məğlub olub. O, təsəlliverici görüşdə finlandiyalı Matias Lipastiyə şans tanımayıb – 11:0. İranlı olimpiya və dünya çempionu Mohammadreza Gerayi isə həlledici qarşılaşmaya çıxmadığı üçün Ruslan üçüncü yeri tutub.

Qurban Qurbanov (82 kq) serbiyalı Uroş Leçiç (8:0) və belaruslu İlya Bitseyev (6:0) üzərində inamlı qələbə qazanıb. O, yarımfinalda iranlı Qolamreza Faroxinsenjaniyə uduzub – 3:11. Qurban rumıniyalı Vasile Koyoku vaxtından əvvəl (9:0) xalçadan məyus yola salaraq bürünc medalı boynundan asıb.

Arif Niftullayev (97 kq) hollandiyalı Tirone Sterkenburqu 3:2 hesabıyla üstələsə də, 1/8 finalda iranlı Şayan Habibzareyə uduzub – 0:8. Bu çəkidəki digər təmsilçimiz Murad Əhmədiyev rusiyalı Maqomed Murtazaliyevi minimal fərqlə (2:1) yarışdan kənarlaşdırdıqdan sonra belaruslu Abubakr Xaslaxanova uduzub – 2:12. O, təsəlliverici görüşdə iranlı Hamidreza Badkanı məyus edib – 5:4. Murad üçüncülük üçün Habibzareylə güləşib və 6:3 hesablı qələbəylə bürünc medala sahib çıxıb.

Beka Kandelaki (130 kq) Macarıstan güləşçilərinə – Dariuş Viteklə (9:0) Laslo Darabosa (8:2) qalib gəlib. O, yarımfinalda finlandiyalı Konsta Maeenpaeyə məğlub olub – 3:4. Beka bürünc medal görüşündə isə rusiyalı Marat Kamparova yenilib – 2:3. Ən ağır çəkidəki digər milli üzvü Sərxan Məmmədov çexiyalı Artur Sarkisyanla amerikalı Kourtney Frimanı 3:1 hesabıyla üstələyib. O, yarımfinalda iranlı Əliəkbər Yusifəhmədxaliyə uduzub – 1:9. Sərxan macarıstanlı Koppani Laslonu “tuş”la üstələyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Beləliklə, son yarış günündə güləşçilərimiz 1 qızıl və 4 bürünc medal qazanıb.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar