ÇL-də qrup mərhələsinə yekun vuruldu

ÇL-də qrup mərhələsinə yekun vuruldu

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə yekun vurulub.

Sports.az xəbər verir ki, 6-cı turun sonuncu oyun günündə E, F, G və H qruplarının görüşləri keçirilib.

E qrupunda "Milan" doğma meydanda "Zalsburq"u sınağa çəkib. "Qırmızı-qaralar"a qrup 2-cisi olmaq üçün heç-heçə də kifayət edirdi. Amma meydan sahibləri istəklərinə darmadağınla çatıblar. 

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su isə İngiltərədə 1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş "Çelsi"nin qonağı olub. Qrupdan çıxmaq şanslarını itirən Zaqreb təmsilçisi Avropa Liqasının pley-offuna düşmək üçün mütləq səfərdə qələbə qazanmalı, eyni zamanda "Zalsburq"un "Milan"a uduzmasını gözləmili idi. Qarşılaşmada hesabı Zaqreb təmsilçisi açsa da, London klubu əzmkar qələbə qazanmaqla Mahirin komandasını qrup sonuncusu sedib. Emreli bu görüşün 70-ci dəqiqəsində meydana buraxılıb.

F qrupunda əsas diqqət Donetsk "Şaxtyor"u ilə "Leypsiq" arasındakı görüşə yönəlmişdi. Növbəti mərhəyə adlamaq üçün Bundesliqa təmsilçisini heç-heçə də qane edirdi. Donetsk klubu isə ÇL-də mübarizəni davam etdirmək üçün rəqibini mütləq məğlub etməliydi. Əks halda "Şaxtyor" yoluna Avropa Liqasında davam edəcəkdi. Belə də olub. “Leypsiq” Ukrayna təmsilçisini, qrupun digər matçında isə Madrid “Real”ı doğma meydanda “Seltik”i darmadağınla məğlub edib.

G qrupunda Dortmund "Borussiya"sı "Kopenhagen"lə, "Mançester Siti" isə "Sevilya" ilə qarşılaşıb. Bu qrupda Mançester və Dortmund təmsilçiləri Çempionlar Liqasının, "Sevilya" isə Avropa Liqasının pley-offuna vəsiqəni təmin etmişdi. Bu üzdən də son turun matçları yalnız qrup qalibini müəyyənləşdirmək baxımından önəm daşıyırdı. Danimarkada heç-heçə qeydə alınıb. Mançesterdə isə meydan sahibləri inamlı qələbə sayəsində qrup birinciliyi təmin ediblər.

Nəhayət, D qrupunda növbəti mərhələyə çıxması dəqiqləşən komandalardan PSJ "Yuventus"la, "Benfika" isə Hayfa "Makkabi"si ilə üz-üzə gəlib. Bu görüşlərin nəticəsi həm qrup qalibinin, həm də Avropa Liqasına düşən kollektivin adına aydınlıq gətirib. PSJ Turində qələbə qazansa da, qrup ikinciliyi ilə kifayətlənməli olub. “Benfika” isə İsraildə darmadağına sevinməklə qrup birincisi olub. “Yuventus” Avroliqaya vəsiqə qazandığı halda, “Makkabi” sonuncu yeri tutub.

Daha əvvəl İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi" və "Tottenhem", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund) və "Ayntraxt" (Frankfurt), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları pley-offa vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur

2 noyabr

E qrupu

Çelsi (İngiltərə) - Dinamo (Zaqreb, Xorvatiya) 2:1
Qol: Sterlinq, 18. Zakaria, 30 – Petkoviç, 7.

Milan (İtaliya) - Zalsburq (Avstriya) 4:0
Qol: Jiru, 14; 57. Kruniç, 46. Messias, 90+1.

Xal: Çelsi – 13. Milan – 10. Zalsburq – 6. Dinamo – 4.

F qrupu

Real (İspaniya) - Seltik (Şotlandiya) 5:1
Qol: Modriç, 6-pen. Rodriqo, 21-pen. Asensio, 51. Vinisius, 61. Valverde, 71 – Jota, 84.

Şaxtyor (Donetsk, Ukrayna) - Leypsiq (Almaniya) 0:4
Qol: Nkunku, 10. A.Silva, 50. Soboslai, 62. Bondar, 68-öz qapısına.

Xal: Real – 13. Leypsiq – 12. Şaxtyor – 6. Seltik – 2.

G qrupu

Kopenhagen (Danimarka) - Borussiya (Dortmund, Almaniya) 1:1
Qol: Haraldsen, 41 – Hazard, 23.

Mançester Siti (İngilttərə) - Sevilya (İspaniya) 3:1
Qol: Luis, 52. Alvares, 73. Mahrez, 83 – Mir, 31.

Xal: Mançester Siti – 13. Borussiya – 9. Sevilya – 5. Kopenhagen – 3.

H qrupu

Yuventus (İtaliya) - PSJ (Fransa) 1:2
Qol: Bonuççi, 45+2 – Mbappe, 13. Mendes, 69.

Makkabi (Hayfa, İsrail) - Benfika (Portuqaliya) 1:6
Qol: Çeri, 26 – Ramos, 20. Musa, 59. Qrimaldo, 73. R.Silva, 73. Arauxo, 88. J.Mario, 90+2.

Xal: Benfika – 14. PSJ – 14. Yuventus – 3. Makkabi – 3.

Son xəbərlər
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
DAHA ÇOX

Ən çox oxunanlar