Ştrayx “Qarabağ”ı təriflədi: “Bu, son dərəcədə əlamətdar hadisədir”

Ştrayx “Qarabağ”ı təriflədi: “Bu, son dərəcədə əlamətdar hadisədir”

Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri səfər oyunundan əvvəl fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, bu gün Frayburqda təşkil olunan mətbuat konfransında heyətdəki itkilərdən söz açıb:

“Bəzi itkilərimiz var. Manuel Qulde, Merlin Röl və Jonatan Şmid Bakıya getməyəcək”.

57 yaşlı mütəxəssis hər bir oyunçuya bu görüşdə şans verə biləcəyini söyləyib: "Qapıçı mövqeyində də dəyişiklik ola bilər. Amma hələ kimlərin oynayacağı barədə heç nə demək istəmirəm”.

Ştrayx "Qarabağ" haqqında xoş fikirlər səsləndirməyi də unutmayıb: “Qarabağ" əla komandadır. Bu komanda həmişə yaradıcı həllər tapmağa və hücum futbolu oynamağa çalışır. Baş məşqçiləri 2008-ci ildən oradadır. Bu, son dərəcədə əlamətdar hadisədir”.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” matçına saat 21:45-də start veriləcək.

Son xəbərlər
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
DAHA ÇOX

Ən çox oxunanlar