Futbol
“Məqsədimiz qələbə qazanmaqdır” - Bəhlul Mustafazadə

02.11.2022 | 19:50
“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Almaniyanın “Frayburq” komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Sports.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sabahkı oyunun ciddiyyətinin fərqindəyik. Azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik. Keyfiyyətli komandaya qarşı oynayacağıq. Məqsədimiz qələbə qazanmaqdır”.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu matça saat 21:45-də start veriləcək.
Son xəbərlər





























