BCF Bakıda keçirilmiş “Böyük Dəbilqə”nin təşkilatçılığını yüksək qiymətləndirib

BCF Bakıda keçirilmiş “Böyük Dəbilqə”nin təşkilatçılığını yüksək qiymətləndirib

Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıda keçirilmiş “Böyük Dəbilqə” turnirinin təşkilatçılığını yüksək qiymətləndirib.

Sports.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında material yerləşdirilib.

Yazıda beynəlxalq idman tədbirlərinə layiq bir yarış təqdim olunduğu vurğulanıb:

“Son üç gün xüsusilə həyəcanlı keçib və Bakıda, Milli Gimnastika Arenasında toplaşan böyük tamaşaçı kütləsinə möhtəşəm beynəlxalq idman tədbirlərinə layiq bir yarış təqdim olunub. Azərbaycan Cüdo Federasiyası və onun bütün tərəfdaşları, Dünya Cüdo Turu təqvimində bu vacib yarışın böyük uğurla keçirilməsinə görə fəxr edə bilərlər. Hər şey mükəmməl şəkildə təşkil edilib ki, bu da iştirak edən 36 ölkədən olan idmançılara öz ən yaxşı performanslarını göstərmək və dünya reytinqi üçün vacib xallar toplamaq imkanı verib. Olimpiya təsnifatları hələ uzaqda olsa da, reytinq cədvəlində yüksək mövqedə qərarlaşmaq gələcək çempionlar üçün uğurun təminatı ola bilər”.

IJF Yaponiya və Azərbaycan yığmalarının yarışda çıxışını xüsusi qiymətləndirib:

“Yaponiya komandası səhvə yol verməyib. Onlar Bakıya yüksək səviyyəli bir komanda göndərib və nəticələr bunu təsdiqləyib – millilər sıralamasında birinci yerin sahibi olublar. Azərbaycanın iki aparıcı cüdoçusu, dünya və Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev tatamidə olmasa da, digər cüdoçular ən yüksək səviyyədə mübarizə aparıblar. Bu yüksək səviyyəli yarışda ev sahibi ölkənin qazandığı medallar onu turnirin ən güclü komandalarından birinə çevirib”.

Dərc olunan materialda təşkilatçılıq baxımından irad tutulmalı heç bir məqam olmadığı bildirilib:

"Təşkilatçılıq baxımından isə irad tutulası heç bir məqam yoxdur. Azərbaycan bu işin öhdəsindən peşəkarcasına gəlib və hər şeyi yüksək səviyyədə təşkil edib. Bütün iştirakçıların yaddaşında bu turnirdən xoş xatirələr qalacaq. Beləliklə, Bakıdea "Böyük Dəbilqə" turniri uğurla başa çatıb. Yarışın son gününün final mərhələsindən əvvəl gənc cüdoçular tataminin mərkəzinə çıxaraq dinamik və əyləncəli cüdo sessiyası keçiriblər. Bu uşaqlar xüsusi qayğıya ehtiyacı olan gənclər üçün nəzərdə tutulmuş proqramın iştirakçılarıdır. Cüdo onların cəmiyyətə inteqrasiyasına kömək edən və onları dəstəkləyən inanılmaz vasitədir. Azərbaycan Cüdo Federasiyası bir daha bütün qrupları heç bir ayrı-seçkilik olmadan cəmiyyətə inteqrasiya etmək bacarığını nümayiş etdirib. Uşaqların topladığı alqışlar və sessiya boyunca üzlərindəki xoş təbəssümlər cüdonun gücünün açıq sübutudur”.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri fevralın 14-16-da Milli Gimnastika Arenasında keçirilib. Azərbaycan cüdoçuları yarışı 5 medalla başa vurublar. Ölkəmiz turnirdə 32 idmançı ilə təmsil olunub.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar