“Qarabağ” Avroliqa ilə vidalaşdı

“Qarabağ” Avroliqa ilə vidalaşdı

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

Sports.az xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyanın “Frayburq” komandası ilə qarşılaşıb.

Azərbaycan çempionu Almaniyada keçirilən ilk oyunda bu rəqibinə 1:2 hesabı ilə məğlub olmuşdu. İndi Qurban Qurbanovun komandası həmin məğlubiyyətin təsadüf olduğunu sübut etməyə çalışmaqla yanaşı, Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparırdı.

Qrupun digər oyununda turnir cədvəlində “Qarabağ”dan bir xal geri qalan “Nant” Yunanıstanda “Olimpiakos”un qonağı olub. Avroliqanın pley-offuna çıxmaq üçün Azərbaycan çempionu Yunanıstandakı matçın nəticəsini gözləməməli, “Frayburq”la qarşılaşmada qələbə qazanmaq üçün əlindən gələni etməliydi. Təəssüf ki, hər iki oyunda arzulamadığımız nəticə qeydə alınıb. Yunanıstanda "Nant" qələbə qazanıbsa, "Qarabağ" doğma meydanda cəmi 1 xal qazana bilib. Bu nəticələrdən sonra Fransa təmsilçisi qrup ikinciliyini ələ keçiribsə, Azərbaycan çempionu üçüncü pilləyə enib. Bu isə o deməkdir ki, "Qarabağ" mübarizəni Avropa Konfrans Liqasında davam etdirəcək.

Avropa Liqası
G qrupu

3 noyabr

Qarabağ - Frayburq 1:1
Qol: K.Ovusu, 90+1 - N.Petersen, 25-pen.
Qırmızı vərəqə: K.Medina, 62.
Hakimlər: Aleksey Kulbakov, Dmitri Juk, Aleh Maslianka, Dmitri Dmitriyev (hamısı Belarus).
Bakı.T.Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Romao, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Frayburq: 21. Noah Atubolu, 2. Uqo Sike, 9. Lukas Höler, 14. Yannik Keytel, 18. Nils Petersen, 20. Kevin Şade, 23. Robert Vaqner, 25. Kiliann Sildillia, 30. Kristian Günter (k), 31. Keven Şlotterbek, 33. Noah Veybhaupt.
Ehtiyat oyunçular: 1. Benyamin Uphoff, 26. Mark Flekken, 3. Filip Linhardt, 8. Maksimilian Eggeştayn, 17. Lukas Kübler, 22. Roland Şallai, 27. Nikolas Höfler, 28. Mattias Ginter, 29. Çon U Yon, 32. Vinçentso Qrifo, 38. Mixael Qreqoriç, 42. Ritsu Doan.
Baş məşqçi: Kristian Ştrayx.

Xal: Frayburq – 14. Nant – 9. Qarabağ – 8. Olimpiakos – 2.

Son xəbərlər
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
DAHA ÇOX

Ən çox oxunanlar