AMADA “Böyük Dəbilqə”də maarifləndirici təbliğat proqramı təşkil edib

AMADA “Böyük Dəbilqə”də maarifləndirici təbliğat proqramı təşkil edib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Bakıda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində idmançılar, məşqçilər və azarkeşlər üçün maarifləndirici təbliğat proqramı təşkil edib.

Sports.az xəbər verir ki, turnir zamanı AMADA-nın əməkdaşları xüsusi stend vasitəsilə antidopinq sahəsində vacib məlumatları ziyarətçilərlə bölüşüblər.

Stendi ziyarət edənlərə antidopinq qayda pozuntuları, qadağan edilmiş maddələrin siyahısı, dopinqdən istifadənin sağlamlığa və idman karyerasına mənfi təsirləri, həmçinin narkomaniyanın fəsadları barədə geniş məlumat verilib.

AMADA nümayəndələri ziyarətçilərin suallarını cavablandıraraq, sağlam və ədalətli idmanın təşviq edilməsinin vacibliyini vurğulayıblar.

Proqramın maraqlı hissələrindən biri AMADA tərəfindən keçirilən antidopinq üzrə maarifləndirici sorğular olub. Sorğunun nəticələrinə əsasən, düzgün cavab verən iştirakçılara müxtəlif xatirə hədiyyələri təqdim edilib. Bu, maarifləndirici məlumatların həm əyləncəli, həm də interaktiv şəkildə yayılmasına imkan yaradıb.

Bu cür tədbirlər vasitəsilə AMADA idmançılar və idman ictimaiyyəti arasında antidopinq biliklərinin artırılmasına, sağlam və ədalətli yarış mühitinin təşviq edilməsinə töhfə vermək məqsədi daşıyır.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar