Dünya ikincisi olan milli vətənə qayıtdı - VİDEO

Dünya ikincisi olan milli vətənə qayıtdı - VİDEO

İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan millisi vətənə qayıdıb.

Sports.az xəbər verir ki, 3 gümüş və 4 bürünc medalla komanda hesabında dünya ikincisi olan yığma komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idmançıların ailə üzvləri, məşqçilər və güləşçilər qarşılayıb.

Taleh İsrafilov, böyük məşqçi: “130 xalla komanda hesabında dünya ikincisi olduq. İrandan cəmi 5 xal geri qaldıq. Təəssüf ki, 60 kq-da ölkəmizi təmsil edən güləşçi tapşırıqları layiqincə icra edə bilmədi. Ancaq bu nəticə də yaxşıdır. Çünki heç vaxt U-17 dünya çempionatında bu qədər çox xal qazanmamışdıq. Gələcəkdə nöqsanlarımızı aradan qaldırarıq. İnşallah, komanda hesabında dünya çempionu olarıq”.

Fəraim Mustafayev, dünya ikincisi: “Dünya çempionatında 4 görüş keçirdim. 3 qarşılaşmada rəqiblərimə tam üstünlüklə qalib gələrək finala yüksəldim. Qızıl medal qazanacağımı gözləyirdim. Məşqçilər də məndən çempionluq gözləyirdi. Ancaq bəzi səhvlərə görə finalda uduzdum və gümüş medal qazandım. Səhvlərim üzərində işləyib, gələcəkdə qızıl medal əldə etməyə çalışacağam”.

Davud Məmmədov, dünya ikincisi: “Avropa çempionatında olduğu kimi, dünya çempionatında da gümüş medal qazandım. Finalda Gürcüstan güləşçisiylə qarşılaşdım. Bəzi səhvlərə görə çempion ola bilmədim. Gələcəkdə gümüşü qızıl medalla əvəzləməyə çalışacağam”.

İsmayıl Rzayev, dünya ikincisi: “Dünya çempionatında 4 qələbə qazanaraq finala yüksəldim. Ancaq finalda Türkiyə güləşçisinə məğlub oldum. Açığı, bəzi hakim səhvləri də rol oynadı. Hakimlər bəzi qərarlarıyla Türkiyə güləşçisinə kömək etdilər”.

Məzaim Mərdanov, dünya üçüncüsü: “Dünya çempionatında 7 medalla komanda hesabında 2-ci yeri tutduq. Bu qələbəmizi şəhidlərimizə həsr edirik. Üzərimizdə əziyyəti olan məşqçilərimizə və bizim üçün hər bir şəraiti yaradan federasiya rəhbərliyinə təşəkkürümüzü bildiririk”.

Xatırladaq ki, mundialda Fəraim Mustafayev (55 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq), Səid Xəlilov (48 kq), Vədat Qasımlı (51 kq) və Məzaim Mərdanov (110 kq) bürünc medal qazanıb.

 

Son xəbərlər
“Liverpul” “Real”a, “Bayern” PSJ-yə qalib gəldi
Əliyar Ağayevin idarə etdiyi oyunda “Arsenal” qələbə qazandı
“İlk oyunda qazanılan qələbə vacib idi”
“Neftçi”nin üzvü FIBA Avropa Kubokunda ayın ən yaxşısı seçildi
Basler Keyn və Levandovski arasında seçim etdi
“Yaxşı işlər görəcəyik” – Azərbaycan millisinin baş məşqçisi
Van Deyk “Liverpul”dan ayrılmaq istəyirmiş
“Paçuka”nın prezidentini həbs etmək istəyirlər
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Spalletti Vlahoviçlə söhbət apardığını açıqladı
Riera Serbiya nəhəngi ilə razılığa gəldi
PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
İslamiadada iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi
Azərbaycan millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
“Atletik” baş məşqçisinə əvəz axtarır
“İslamiadada yeni tarix yazmaq istəyirik”
“Qaradağ Lökbatan”la “Kür-Araz”dan darmadağın
“Spartak” Riera ilə maraqlanır
Böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Azərbaycan millisinin İslamiadadakı matçlarının təqvimi müəyyənləşdi
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
DAHA ÇOX

Ən çox oxunanlar