“Dinamo” fanatları inanılmazdır” - Mahir Emreli

“Dinamo” fanatları inanılmazdır” - Mahir Emreli

Futbol üzrə Azərbaycan millisinin də üzvü olan Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının heyətində UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində İngiltərə təmsilçisi “Çelsi”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Sports.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları səfər matçından sonra UEFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Bizim üçün çətin oyun oldu. Amma görüşə çox yaxşı başlamışdıq. Xüsusən də ilk hissənin ilk 15 dəqiqəsində yaxşı oynadıq. Lakin rəqibimiz böyük komandadır və biz bunu gözəl başa düşürük. Bəzi epizodlarda konsentrasiyanı itirirdik və nəticədə qapımızda qollar gördük. Rəqib ikinci hissəyə yaxşı start verdi. Bizim də qol şanlarımız oldu, amma yararlana bilmədik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm.

Qrup oyunlarında nəyin çatışmadığını söyləmək çətindir. Səhvlərimizi təhlil etməliyik. Bunu təcrübə kimi qəbul edib, növbəti görüşləri düşünməliyik”.

Forvard Zaqreb təmsilçisinin azarkeşləri haqqında da danışıb: "Daha əvvəl bir çox komandaya qarşı çıxış etmişəm, özüm də iki klubun formasını geyinmişəm. Amma "Dinamo" fanatları inanılmazdır. Onlar nəticədən asılı olmayaraq, sonadək yanımızdadırlar. Dəstəklərini hər zaman hiss edirik. "Çelsi" ilə görüşdən sonra azarkeşlərə təşəkkürümüzü bildirmək üçün stadionda qaldıq. Tərəfdarlar üçün də asan səfər deyil. Bir daha onlara təşəkkür edirəm".

Emreli “Çelsi” ilə matçın 70-ci dəqiqəsində meydana çıxıb. Komandası isə bu oyunda uduzmaqla qrupda qalıb.

Son xəbərlər
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
DAHA ÇOX

Ən çox oxunanlar