“Baku Fire” ilk dövrənin ən fərqli qələbəsinə imza atdı

“Baku Fire” ilk dövrənin ən fərqli qələbəsinə imza atdı

Bu gün futzal üzrə Yüksək Liqada 5-ci turun oyunları keçirilib.

Sports.az xəbər verir ki, birinci dövnənin son turuna “Neftçi” İK – “Record” görüşü ilə start verilib.

Oyun gözlənildiyi kimi, gərginliyi ilə yadda qalıb. Fasiləyə qədər “Neftçi” rəqibini 4 dəfə cəzalandırmağı bacarıb. Rəqib isə bu qollardan ikisinin əvəzini çıxa bilib. Amma meydan sahibləri birinci hissədə əsas hücumçularından olan Namiq Məmmədkərimovu da itirib. Forvard ikinci sarı-qırmızı vərəqə alaraq meydanı erkən tərk etməli olub. İkinci hissə də maraqlı keçib. Artıq 30-cü dəqiqədə “Record” hesabı bərabərləşdirib. Amma təzyiqi artıran meydan sahibləri yenidən ardıcıl qollar vurmaqla qələbəni təmin ediblər. 

Birinci dövrənin ən böyükhesablı qələbəsi isə “Baku Fire”nin aktivinə yazılıb. Teymur Eyvazovun yetirmələri “Alyans”la matçda rəqib qapısından 24 cavabsız top keçirməklə bu göstəriciyə nail olublar.

Tura liderlə autsayderin dueli ilə yekun vurulub. Gözlənildiyi kimi, “Araz Naxçıvan” U-19 ilə oyunda sensasiyaya imkan verməyib.

Yüksək Liqa
5-ci tur

3 noyabr

Neftçi İK – Record 7:4
Qollar: Ülvi Əliyev, 4:30. İlkin Hacıyev, 10:18. Asif Zeynalov, 11:23. Hasan Ali Jafari, 19:19. Kənan Manafov, 31:02. Nurlan Mehdizadə, 34:01; 35:58 - Matin Qahramani, 11:11; 30:40. Emin Kürdov, 13:06-öz qapısına. Mahyar Pourniazi, 29:33.
Hakimlər: Hikmət Qafarlı, Hacıəli Ağayev, Kənan Məlikov.
Hakim-inspektor: Murad Məmmədov.
Olimpik Star. Saat 14:00.

Baku Fire – Alyans (Lənkəran) 24:0
Qollar: Sorouş Heydari, 2:19; 22:57; 28:57; 34:44; 36:12. Oruc Baxşəlizadə, 3:25; 34:13; 35:04. Nihad İsmayılov, 4:57; 18:47; 22:04; 26:54; 27:40. Murad Quluzadə, 16:48. Tofiq Əliyev, 19:27; 38:08. Oruc Baxşəlizadə, 27:25. Nurlan Məmmədov, 32:50; 37:56. İmaməli Hüseynov, 33:25; 39:23. Elşən Əliyev, 33:55. Ağa Takliq Ali, 38:47; 39:02.
Hakimlər: Ziya Nəsirov, Nail Nağıyev, Hacıəli Ağayev.
Hakim-inspektor: Ramiz Əsədov.
Olimpik Star. Saat 16:00.

U-19 – Araz-Naxçıvan 1:5
Qollar: Rüfət Məmmədli, 19:48 - Ramiz Çovdarov, 3:56; 11:53. Felipinyo, 11:30. Viktor Ponse, 15:21. Xəzər Ağalızadə, 19:02.
Hakimlər: Əli Cəbrayılov, Vüsal Balaşov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Azər Əsgərov.
Olimpik Star. Saat 18:00.

Xal: Araz Naxçıvan – 12, Baku Fire – 10, Neftçi İK – 10, Record – 6, Alyans – 3, U-19.

Son xəbərlər
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
DAHA ÇOX

Ən çox oxunanlar