Azarkeşləri “Qəbələ”ni ziyana saldı – Stadiona buraxılmayacaqlar

Azarkeşləri “Qəbələ”ni ziyana saldı – Stadiona buraxılmayacaqlar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sports.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

“Kəpəz” - “Səbail” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Səbail” klubu 800 manat cərimə olunub. “Səbail”in futbolçusu Nihad Qurbanlı rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırımızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
“Zirə” – “Neftçi” oyununda jurnalistlər zona 1-də PFL-in verdiyi akkreditasiyaları üzərlərində görünən şəkildə asmadıqları üçün “Zirə” klubuna xəbərdalıq edilib.

“Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən Şamaxı stadionunda 12 ədəd plastik oturacağın sıradan çıxarılmasına görə stadiona ziyan vurulduğu üçün dəymiş ziyan “Qarabağ” klubu tərəfindən tam ödəniləcək.
 
“Sabah” – “Qəbələ” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Sabah” klubu 800 manat cərimə olunub. “Sabah” və “Qəbələ” klublarının azarkeşləri arasında kütləvi şəkildə intizamsızlıq baş verərək iğtişaş törədildiyinə görə “Sabah” və “Qəbələ” klubları ayrı – ayrılıqda 4000 manat cərimə olunub. “Qəbələ”nin azarkeşləri tərəfindən qaçış zolağına kənar əşyaların atılmasına görə “Qəbələ” klubu 1600 manat cərimə olunub. “Qəbələ”nin azarkeşləri tərəfindən stadiona ziyan dəydiyi üçün (73 ədəd plastik oturacağın sıradan çıxması faktı) dəymiş ziyan “Qəbələ” klubu tərəfindən tam ödəniləcək.
 
30.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun “Sabah” –“Qəbələ” oyununda, “Qəbələ” klubunun azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı) görə, “Qəbələ” klubunun azarkeşlərinin stadiona girişinə 1 oyunluq məhdudiyyət qoyulur. 05.11.2022-ci il tarixində Misli Premyer Liqasının XIII turunda keçiriləcək “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” komandasının azarkeşlərinin stadiona girişi qadağan edilib.

Son xəbərlər
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
DAHA ÇOX

Ən çox oxunanlar