Benzema karyerasında ilk dəfə belə aqibətlə üzləşdi

Benzema karyerasında ilk dəfə belə aqibətlə üzləşdi

İspaniyanın "Real" klubunun hücumçusu Kərim Benzema karyerasında ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində qol vura bilməyib.

Sports.az xəbər verir ki, 34 yaşlı futbolçu 2022/23 mövsümündə turnirin bu mərhələsində 4 matça çıxıb.

O, yalnız "Şaxtyor"a (Donetsk, Ukrayna) qarşı görüşlərdə (2:1, 1:1) əvvəldən sonadək mübarizə aparıb. Fransalı futbolçu "Seltik"lə səfər oyununa (3:0) start heyətdə başlayıb və 30-cu dəqiqədə zədə səbəbindən əvəzlənib. O, bu komandaya qarşı ötən gün keçirilən ev matçında (5:1) 63-cü dəqiqədə meydana daxil olub və sonadək oynayıb. "Leypsiq"lə hər iki görüşü (2:0, 2:3) buraxan Benzema 4 oyunun heç birində qol vurmağı bacarmayıb.

Bu, Benzemanın karyerasında ilk belə haldır. Forvard daha əvvəl həm Lion “Olimpik”inin, həm də "Real"ın heyətində ÇL-in qrup mərhələlərində qol vurmağı bacarmışdı.

Xatırladaq ki, Benzema 2009-cu ilin yayından Madrid təmsilçisinin formasını geyinir. O, Lion “Olimpik”inin yetirməsidir və 2004-2009-cu illərdə bu klubun əsas komandasında çıxış edib.

Son xəbərlər
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
DAHA ÇOX

Ən çox oxunanlar