Qurban Qurbanov: “Penalti təyin olunmalı idi”

Qurban Qurbanov: “Penalti təyin olunmalı idi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Almaniyanın “Frayburq” komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Sports.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra "CBC Sport"a açıqlamasında bunları söyləyib:

“Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Bu mövsüm avrokuboklarda yaxşı oyunlar keçirdik. Məncə, 14 oyunun hamısında futbolçularım çox yaxşı performans göstərdilər. İstəyirdim ki, bu gün ən yaxşı oyunumuz olsun. Onlardan bunu həm tələb, həm xahiş etdim. Futbolçularım sağ olsun ki, avrokubokları bu illik çox yaxşı notlarda başa vurdular. Azarkeşlərə də təşəkkür etmək istəyirəm. Möhtəşəm idilər”.

50 yaşlı mütəxəssis hakim qərarlarına da toxunub: "Sayılmayan qol epizodunda əsəbiləşdim. Həmin an penalti təyin olunmalı idi. Bizim gördüyümüzə görə, həmin anda epizoda kimi penalti idi. Bilmirəm, nəyə görə oyundan kənar vəziyyət qeydə aldılar. Həmin qərara etirazımı bildirirdim. Amma yenə də epizoda baxdıqdan sonra dəqiq fikir bildirmək olar”.

Xatırladaq ki, Avropa Liqasında mübarizəni dayandıran "Qarabağ" yoluna Konfrans Liqasının pley-offunda davam edəcək.

Son xəbərlər
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
DAHA ÇOX

Ən çox oxunanlar