Kristian Ştrayx: “Bu, “Qarabağ” üçün bəxtsizlikdir”

Kristian Ştrayx: “Bu, “Qarabağ” üçün bəxtsizlikdir”

Almaniyanın “Ayntraxt” komandasının baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Sports.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Heyətdə rotasiya etmişdim. Güclü rəqibə qarşı oynadıq. “Qarabağ” çox gözəl futbol nümayiş etdirdi, işimizi çətinləşdirdi. Qurban Qurbanov burada möhtəşəm iş görüb. Rəqib gözəl futbol oynadı. Komandamın bu gün bəxti gətirdi ki, buradan 1 xalla qayıdırıq”.

Rəqib baş məşqçi Avropa Liqasında “Qarabağ”ın bütün oyunlarını izlədiyini qeyd edib: “Onların qrupda bəxtləri gətirmədi. Bu oyun, bu mentalitetlə Konfrans Liqasında çox irəli gedə bilərlər. Avropa Liqasında pley-offa yüksəlməmək “Qarabağ” üçün bəxtsizlikdir”.

“Frayburq”un çalışdırıcısı “Qarabağ”la oyundan əvvəl Azərbaycanı tanımadığını bildirib: “Qarabağ”ın oynadığı futbola böyük simpatiyam var. Xüsusən də, “Viktoriya” ilə matçda bəxtiniz gətirmədi. “Qarabağ”ın oyunundan həzz alırdım”.

Ştrayx Avropa Liqasında “Qarabağ”ın, yoxsa “Nant”ın yolunu davam etdirməyə daha layiq olması ilə bağlı sualı cavablayarkən bildirib ki, futbolda bəxt amili az rol oynamır: “Nant”a qarşı da oynamışıq. Sonda kimin xalı çoxdursa, o da vəsiqə qazanır. Bu günlə bağlı deyə bilərəm ki, bəxtimiz gətirdi”.

Rəqib çalışdırıcı “Qarabağ”dan hansısa oyunçunu komandasına cəlb edə bilmək ehtimalı ilə bağlı danışarkən qeyd edib ki, “Qarabağ”ı Konfrans Liqasında izləyəcək: “Onlara qarşı iki oyundan sonra başa düşürəm ki, Qurban Qurbanov niyə uzun müddətdir burada çalışır. Futbolda bu, normal hal deyil. “Frayburq”da kifayət qədər oyunçu var. Komandamıza çox futbolçu cəlb edə bilmərəm. Kvabena Ovusu, Kadi Borges, Abdullah Zubir yaxşı oyunçulardır. Bu komandada sağlam ab-hava var. “Qarabağ”la matçlardan əvvəl izləyəndə görürdüm ki, hər qol vuranda ehtiyatdakı oyunçular da tullanır, sevinirlər. Bu, o deməkdir ki, komandada hər şey yaxşıdır. Qurban Qurbanovla bu gün də, Frayburqdakı oyun zamanı da dost kimi danışdıq. İkimiz də uzun müddətdir eyni klubda çalışırıq”.

Azərbaycanlı jurnalistlərin ona “Qarabağ”ın qrupundan çıxan əksər komandaların sonradan uğurlu qrafik cızması haqqında xatırlatması ilə bağlı fikir bildirən baş məşqçi indidən çox irəli baxmaq istəmədiklərini sözlərinə əlavə edib: “Uzun illərdən sonra Avropa Liqasında oynayırıq. Çox maraqlı turnirdir. Biz oyundan-oyuna düşünürük. Bundesliqada da işlərimiz yaxşı gedir. Hazırda çox yaxşı oyun göstəririk. İndidən çox irəli baxmaq istəmirəm. Sonda qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Belə oyunla “Qarabağ” mütləq yaxşı nəticələr əldə edəcək”.

Son xəbərlər
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
DAHA ÇOX

Ən çox oxunanlar