Kadi Borges: “Tək çıxış yolu çoxlu işləməkdir”

Kadi Borges: “Tək çıxış yolu çoxlu işləməkdir”

“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Almaniyanın “Frayburq” komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Sports.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Komandamın oyunu ilə qürur duyuram. Avroliqada sonuncu matça qədər qrupdan çıxmaq üçün şanslarımızı saxladıq və mübarizə apardıq. Bu görüş haqqında onu deyə bilərəm ki, belə matçların taleyini detallar həll edir. Çoxlu qol vəziyyətləri yaratsaq da, təəssüf ki, bunlardan istifadə edə bilmədik. Rəqib isə əlinə düşən şansdan yararlandı. Reallıq budur ki, biz Konfrans Liqasında oynayacağıq. Gözləyəcəyik ki, görək, bəxtimizə hansı komanda çıxacaq. Ona uyğun hazırlaşacağıq”.

Braziliyalı futbolçu ələ düşən şanslardan yararlana bilməməsi ilə bağlı danışarkən bunun səbəbini sözlə ifadə etməkdə çətinlik çəkdiyini bildirib:

“Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır. Bilmirəm bunu necə izah edim. Bəlkə texniki səbəblərə görə alınmır, bəlkə bəxtim gətirmir. Bunu sözlə ifadə edə bilməyəcəm. Oyun zamanı bəzən olur ki, yanlış qərar verirsən, amma bu, yekunda qolla nəticələnir. Bəzən isə əksinə olur. Tək çıxış yolu çoxlu işləməkdir. Daha çox işləməli, daha çox məşq etməliyik ki, uğurlu olaq”.

Son xəbərlər
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
DAHA ÇOX

Ən çox oxunanlar