“İkas” “Neftçi” PFK-nın rəsmi sponsoru oldu!

“İkas” “Neftçi” PFK-nın rəsmi sponsoru oldu!

“Neftçi” PFK ilə Türkiyənin məşhur elektron ticarət infrastrukturu brendi “İkas” arasında əməkdaşlıq müqaviləsi bağlanıb.

Sports.az xəbər verir ki, razılaşmaya əsasən, “İkas” “Neftçi” PFK-nın məhsullarının satışını təşkil edəcək onlayn fan-mağazasının veb saytını və texniki infrastrukturunu quracaq.

“İkas” Azərbaycanın ən köklü klubu ilə əməkdaşlığa imza atmaqla həm təcrübəsini beynəlxalq arenaya çıxarır, həm də Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq bağlarını idman meydanlarından e-ticarət dünyasına daşıyır.

Qeyd edək ki, Türkiyədə idmanın inkişafına dəstək olmaq missiyası ilə yola çıxan “İkas” ad sponsoru kimi “Eyüpspor”un yaşıl meydanlardakı uğurlarında pay sahibi olmaqla yanaşı, Türkiyə Sığorta Basketbol Super Liqasının baş sponsoru olaraq da qardaş ölkədə basketbolun inkişafına öz töhfəsini verir.

“İkas” idman klublarını təkcə sponsorluqlarla deyil, həm də təklif etdiyi rəqəmsal həllərlə də dəstəkləyir. E-ticarət infrastrukturu sayəsində klubların mağazalarını rəqəmsal dünyaya çıxarır və onlara öz azarkeşləri ilə daha güclü bağ yaratmaq imkanı verir, klublara öz məhsullarını dünyadakı azarkeşlərinə tez, etibarlı və asanlıqla çatdırmaq şəraiti yaradır.

Son xəbərlər
“Qarabağ” – “Zirə” matçında heç-heçə - VİDEO
“Hər kəs çempion olmaq istəyir” – Rəşad Sadıqov
“Qarabağ”dan “Zirə” ilə heç-heçə
“Səbail” 1-ci Liqaya qələbə ilə başladı
“Araz-Naxçıvan”dan növbəti qələbə - VİDEO
“Bu gün daha istəkli “Kəpəz” gördük” - Adil Şükürov
“Daha da yaxşı olmalıyıq” - Elmar Baxşıyev
Rafiq Hüseynov AGF-də koordinator təyin edildi
Millimizin Moldova toplanışı üçün yekun heyəti açıqlandı
Məktəblilər üçün yeni meydança istifadəyə verildi
“Qarabağ”ın rəqibinin baş məşqçisi ayın ən yaxşısı seçildi
“Qarabağ”ın rəqibində 3 aylıq itki
“Ordu” daha bir legioner basketbolçu ilə anlaşdı
Azərbaycan Türk Dövlətləri Universiadasının qalibi oldu
“Benfika” “Qarabağ” azarkeşlərinə 500 yer ayırdı
“Çelsi” yeni hücumçu aldı
“Sumqayıt”dan ayrılan futbolçunun yeni klubu bəlli oldu
Argentinalı müğənni Yamala aşiq olduğunu car çəkdi
Premyer Liqada daha iki turun proqramı açıqlandı
“Liverpul”un yeganə bir fəsadı var ki…” - Karrager
Felipe Melo keçmiş məşqçilərindən biri haqda xoşagəlməz rəy verdi
“Qarabağ”ın rəqibinin futbolçusu Türkiyə klubunda
Hamann Qvardioladan uğur gözləmir
Fermin Lopesin “Çelsi”yə keçidinə kim əngəl olub?
Təxirə salınmış matçın baş tutacağı tarix açıqlandı
Həkim zədəli Lukakunun vəziyyəti haqda məlumat verdi
Erik Qarsiya yeni müqaviləsinə dair danışıqlar apardığını təsdiqlədi
“Kəpəz” heyətini hücumçu ilə gücləndirdi
“Yaş – sadəcə rəqəmdir” - Vardi
“Real” PSJ-nin gənc hücumçusuna göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar