“Arada çox ciddi səviyyə fərqi var” – Maksim Medvedev

“Arada çox ciddi səviyyə fərqi var” – Maksim Medvedev

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Almaniyanın “Frayburq” komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Sports.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

"Hamı oyunun önəmini başa düşürdü. Matça çox yaxşı hazırlaşmışdıq. Amma meydanda nə qədər vuruşsaq da, bəzi şeylər alınmırdı. Qol epizodlarından istifadə edə bilmədik. Ümumi götürəndə komanda əlindən gələni etdi. Nə bcarırdısa, onu göstərdi".

Təcrübəli oyunçu görüşün baş hakimi Aleksey Kulbakovun "Qarabağ"a antipatiyasının olduğunu bildirib: "Ən azı kənardan belə görünürdü. Qol vururuq, saymır, VAR-a baxır. Sonra penalti epizodu oldu. Nəticədə bir az stressə girdik və kobud oynamağa başladıq. Bu səbəbdən Kevin Medina qırmızı vərəqə aldı. Bununla belə, sonadək mübarizə apardıq. Azlıqda qalsaq da, bərabərlik qolunu vura bildik".

Medvedev öz oyunları ilə yanaşı, Yunanıstanda "Olimpiakos" və Fransa "Nant"ı arasında keçirilən digər qarşılaşma ilə də maraqlandıqlarını vurğulayıb: "İlk hissədə hesab açılmamışdı. Matçdan öncə baş məşqçi tapşırmışdı ki, həmin oyun necə bitməsinin bizim üçün fərqi yoxdur. Qalib gəlsəydik, digər nəticənin önəmi qalmırdı".

Onun sözlərinə görə, 1/8 finala çıxmalarına bəxt amili mane olub: "Qol imkanlarından daha yaxşı istifadə edə bilsəydik, qrupdan 1-ci yerlə də çıxa bilərdik. Avropa Liqası Azərbaycan çempionatı deyil. Bura başqa səviyyədir. Bir səhvə görə rəqib səni cəzalandıra bilər".

Futbolçu Konfrans Liqasının pley-offuna vəsiqə qazanmalarının uğursuzluq kimi qələmə verilməsinə də toxunub: "Azarkeşləri də başa düşmək olar. Bunu biz özümüz etmişik. Avrokuboklarda qruplara düşdükdən sonra fanatlar daha çox şey istəyirlər. Biz də bunu arzulayırıq. İrəli getmək üçün çox əziyyət çəkirik. Təəssüf ki, bəzi şeylər çatmır. İlboyu bu tempdə oynasaq, daha böyük nəticələrdən danışa bilərik. "Nant"la oyun üçün Fransaya getdik, ardınca Şamaxıya gəlib süni örtükdə oynadıq. Çox ciddi səviyyə fərqi var. Bu səbəbdən uyğunlaşa bilmirik. Səfərlər çox uzun olur. Bu cür xırda məqamlar irəli getməyə imkan vermir. Öz üzərimizdə daha çox işləməli, kimlərə qarşı oynadığımızı dərk etməliyik. Gələcəkdə daha yaxşı komanda görəcəyik".

Son xəbərlər
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
DAHA ÇOX

Ən çox oxunanlar