“Biz pula görə futbol oynamırıq” – Vüqar Əsgərli

“Biz pula görə futbol oynamırıq” – Vüqar Əsgərli

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 13-cü turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Sports.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Tovuz səfəri həmişə ağır olub. Bu oyuna çox ciddi hazırlaşmışdıq. Bizə xal lazım idi. "Turan Tovuz"un yaxşı müdafiə olunduğunu bilirdik. Bu müdafiəni yarmaq üçün bizə rotasiyalar lazım idi. Qol imkanlarını qola çevirə bilmirdik. Həftə ərzində bunun üzərində işlədik. Bu gün sevincliyik. Futbolçularımı təbrik edirəm. Səbrli olmalıyıq, bu oyunçulara inanmaq lazımdır. Onlar bizim gələcəyimizdir. Hər oyuna motivasiya ilə çıxırlar. "Turan Tovuz"a uğurlar arzulayıram. 

Bütün matçlara hazırlaşanda rəqibin oyun stilinə fikir veririk. "Turan Tovuz"un heyətində kifayət qədər yaxşı futbolçular var. Bu gün istədiyimiz oyunu sərgiləyə bildik. Komandamız matça yaxşı köklənmişdi. 

Təbii ki, qələbə üçün mükafat olacaq. Amma məbləği bilmirik. Biz pula görə futbol oynamırıq. Bizim üçün ən böyük mükafat ilk qələbəmizdir. 

Növbəti turda ə"Sumqayıt"la qarşılaşacağıq. Bu matçın ciddiyyətini başa düşürük. Oyuna az da olsa, vaxtımız var. Ümid edirəm istədiyimiz oyunu sərgiləyə biləcəyik”.

Son xəbərlər
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
“Çempionatda ən vacib qələbələrdən birini qazandıq” - Ayxan Abbasov
“Turan Tovuz”la “Kəpəz”in əvəzedicilərindən heç-heçə
A Seriyasının oktyabr üçün ən yaxşıları
Premyer Liqada oktyabrın ən yaxşıları məlum oldu
DAHA ÇOX

Ən çox oxunanlar