Yaradıcı ziyalılara əqli mülkiyyət hüququ obyektlərindən istifadə bacarıqları öyrədiləcək

Yaradıcı ziyalılara əqli mülkiyyət hüququ obyektlərindən istifadə bacarıqları öyrədiləcək

Azərbaycan Respublikasında bədii, elmi, intelektual yaradıcılıq əsərlərinə müəlliflik hüququnun qorunması mədəniyyətin və incəsənətin inkişafına təkan verən, yaradıcı şəxslərin fəaliyyətini stimullaşdıran, onların maddi-mənəvi təminatına və sosial rifahının yaxşılaşmasına kömək edən ciddi amildir.
 
Sovet hakimiyyəti dövründə bütün növ intelektual mülkiyyət və onun nəticələri dövlətin inhisarında olduğu üçün əqli mülkiyyət hüququ ayrılıqda hüquq sahəsi və münasibətlər sistemi kimi mövcud deyildi. Müasir dünyada əqli mülkiyyət vacib iqtisadi, mədəni, mənəvi amil olduğuna görə əqli mülkiyyət məhsullarını yaratmaq və bazara çıxartmaq üçün mövcud münasibətləri düzgün, ədalətli tənzimləmək zərurəti yaranmışdır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yaradılması, “Stokholm Konvensiyası” nın qəbul edilməsi problemi beynəlxalq səviyyədə qorunan hüquqlar srasına çıxarmışdır. 
 
Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsində əqli mülkiyyət hüququnun qorunmasının təsbit edilməsi əqli mülkiyyət hüququna (ƏMH) konstitusion status vermişdir. Bununla əlaqədar olaraq “Əqli mülkiyyət hüququ və əlaqəli hüquqlar haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və pratçılığa qarşı mübarizə haqqında” AR qanunları və digər normativ sənədlər qəbul edilmişdir. Ölkəmizdə Müəllif Hüquqları Agentliyi fəaliyyət göstərir.
 
Təəssüf ki, Azərbaycan dövlətinin və xalqının mədəni, elmi, bədii simasını formalaşdıran intelektual elita bu hüquqları qorumaq, reallaşdırmaq, bazara çıxarmaq mexanizmlərini bilmirlər. Bu imkanlardan yararlanmırlar. Yaradıcı ziyalıların öz ƏMH bilməsi, intelektual mülkiyyətdən səmərəli istifadə etməsi, yaradıcılıq imkanlarını bazara uyğunlaşdırması ölkəmizin mədəniyyətinin, incəsənitinin, ədəbiyyatının və elminin inkişafına ciddi təkan verə bilər.
 
Yaradıcı ziyalılar arasında əqli mülkiyyət hüququnun mahiyyətini izah etmək və onun qorunması mexanizmini öyrətmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyəsi ilə “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-i “Əqli mülkiyyət hüququ sahiblərinin müdafiə potensialının artırılması” layihəsinin icrasına başlanmışdır. 
 
Təşkilatın sədri BDU-nun dosenti, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərovun verdiyi məlumata görə layihə çərçivəsində Bakı, Gəncə, Lənkəran, Zaqatala, Qazax şəhərlərində yaradıcı ziyalılara əqli mülkiyyət hüququ obyektlərindən istifadə etmək bacarıqları öyrədiləcək, bunun nəticəsində yaradıcı insanlar öz yaradıcılıq məhsullarını əmtəə kimi bazara çıxara biləcəklər. Bu isə yaradıcı ziyalıların rifahının yaxşılaşmasına kömək edəcəkdir. 
 
Layihə çərçivəsində AR Müəllif Hüquqları Agentliyi, Yazıçılar Birliyi, Elmlər Akademiyası və digər qurumlarla sıx əməkdaşlıq edəcəklər.

Son xəbərlər
“Liverpul” “Real”a, “Bayern” PSJ-yə qalib gəldi
Əliyar Ağayevin idarə etdiyi oyunda “Arsenal” qələbə qazandı
“İlk oyunda qazanılan qələbə vacib idi”
“Neftçi”nin üzvü FIBA Avropa Kubokunda ayın ən yaxşısı seçildi
Basler Keyn və Levandovski arasında seçim etdi
“Yaxşı işlər görəcəyik” – Azərbaycan millisinin baş məşqçisi
Van Deyk “Liverpul”dan ayrılmaq istəyirmiş
“Paçuka”nın prezidentini həbs etmək istəyirlər
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Spalletti Vlahoviçlə söhbət apardığını açıqladı
Riera Serbiya nəhəngi ilə razılığa gəldi
PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
İslamiadada iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi
Azərbaycan millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
“Atletik” baş məşqçisinə əvəz axtarır
“İslamiadada yeni tarix yazmaq istəyirik”
“Qaradağ Lökbatan”la “Kür-Araz”dan darmadağın
“Spartak” Riera ilə maraqlanır
Böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Azərbaycan millisinin İslamiadadakı matçlarının təqvimi müəyyənləşdi
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
DAHA ÇOX

Ən çox oxunanlar