Əqli mülkiyyət hüququ haqda məlumatlandırma keçirilib

Əqli mülkiyyət hüququ haqda məlumatlandırma keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ölkəmizdə yaradıcı ziyalıları, mədəniyyət və incəsənət adamlarını, elm xadimlərini və b. intelektual mülkiyyət sahiblərini əqli mülkiyyət hüququ haqda məlumatlandırmaqla onların yaradıcılıq potensialını gücləndirmək, maddi-mənəvi təminatına kömək etmək, intelektual yaradıcılıq məhsullarını maddi və sosial vəziyyətin yüksəldilməsinə yönəltmək məqsədi ilə “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin “Əqli mülkiyyət hüququ sahiblərinin müdafiə potensialının artırılması”  layihəsinə maliyyə vəsaiti ayırmışdır. 

İlk tədbir ziyalıların və yaradıcı şəxslərin çox olduğu Gəncə şəhərində keçirilmişdir. Yazıçılar Birliyinin, Bəstəkarlar İttifaqının, Rəssamlar İttifaqının üzvlərinin, Elmlər Akademiyasının Gəncə şöbəsinin əməkdaşlarının, Gəncədə olan ali təhsil müəssisələrinin müəllimlərinin və b. ziyalıların iştirak etdiyi tədbirdə təlimçilər, AR Mədəniyyət və İncəsənət universitetinin hüquqşünası Aydın Kərimov və Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayev Azərbaycan dövlətinin əqli mülkiyyət sahiblərinə göstərdiyi qayğıdan, bu sahədə qəbul olunmuş qanunvericilik aktlarından, yaradıcı şəxslərin hüquqlarından, onların müdafiə mexanizmdən məlumatlandırma aparmış, praktik bilik və bacarıqlar haqda təlim keçmişlər.

Bu günlərdə 90 yaşı tamam olacaq qocaman yazıçı Qərib Mehdi ilk dəfə olaraq iştirak etdiyi belə təlimin çox faydalı olduğunu, yaradıcı şəxslərə stimul verdiyini, yaradılan əsərlərin həm də maddi rifah mənbəyinə çevrilməsinə kömək etdiyini vurğuladı. 

İnteraktiv qaydada keçirilən tədbirdə iştirakçıların çox saylı sualları cavablandırıldı. İştirakçılara Əqli Mülkiyyət ilə bağlı hüquqi normativ sənədlərin surətləri paylanıldı. Onlar Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi kitab sərgisi ilə tanış oldu, praktik fəaliyyətlərində onlara lazım ola biləcək ədəbiyyat nümunələrini götürmək imkanına malik oldular.

Son xəbərlər
PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
İslamiadada iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi
Azərbaycan millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
“Atletik” baş məşqçisinə əvəz axtarır
“İslamiadada yeni tarix yazmaq istəyirik”
“Qaradağ Lökbatan”la “Kür-Araz”dan darmadağın
“Spartak” Riera ilə maraqlanır
Böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Azərbaycan millisinin İslamiadadakı matçlarının təqvimi müəyyənləşdi
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
2-ci Liqada ötən ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
“Qarabağ”ın legioneri Xorvatiya ilə oyuna çağırıldı
Keyn “Barselona”ya keçə bilərmi?
Əvəzedicilərin yarışında 10-cu turun təyinatları açıqlandı
2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular
Azərbaycan derbisinə doğru: Seriyalar
“Tottenhem”in Frankla bağlı mövqeyi məlum oldu
FIFA-nın Azərbaycanda oynamış futbolçuya qarşı sanksiyası qüvvədə qaldı
Azərbaycan derbisinə doğru: Mövsümün ilk derbisi
Nazir beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb
Alba karyerasında əsas rol oynamış məşqçini açıqladı
DAHA ÇOX

Ən çox oxunanlar