Azərbaycanın güləş milliləri Avropa çempionatında iştirak edəcək

Azərbaycanın güləş milliləri Avropa çempionatında iştirak edəcək

Azərbaycanın güləş milliləri Albaniyada keçiriləcək U-23 Avropa çempionatında iştirak edəcək.

Sports.az Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 8-dən 14-dək Tirananın “Feti Borova” idman zalında təşkil ediləcək qitə birinciliyinə sərbəst güləşçilər start verəcək.

Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Fərid Cabbarov (79 kq), Arseniy Cioyev (86 kq), Sadiq Mustafazadə (92 kq), Abdulcəlil Şabanov (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaqlar.

Daha sonra baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında qadın güləşçilər xalça üzərinə çıxacaqlar. Heyət Əsmər Cankurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Nərgiz Səmədova (55 kq), Gültəkin Şirinova (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (62 kq) və Ruzanna Məmmədovadan (65 kq) ibarətdir.

Çempionatın son günlərində isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Elvin Mürsəliyevin rəhbərlik etdiyi komandada Elmir Əliyev (55 kq), Hüseyn Qəribov (60 kq), Ziya Babaşov (63 kq), Fərid Xəlilov (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Elmin Əliyev (82 kq), Cocu Səmədov (87 kq), Aqil Musayev (97 kq) və Ayxan Mərdanov (130 kq) yer alıb.

Avropa çempionatında I dərəcəli beynəlxalq hakimlər Bəşir İsazadə və Həbib Nurulu ədaləti qoruyacaqlar.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar