“Zirə”yə texniki məğlubiyyət verildi

“Zirə”yə texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sports.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

U-11 Liqasının VI turunun “Sumqayıt” – “Zirə” FK oyununda “Zirə”nin baş məşqçisi İlqar Qaziyev sarı vərəqə aldıqdan sonra komandasını meydandan çıxardığına görə “Zirə”yə 0:3 hesabı ilə texniki məğlubiyyət verilib. “Zirə”nin baş məşqçi İlqar Qaziyevə xəbərdarlıq edilib. Əgər bu və ya digər negativ hallar təkrarlanarsa, həmin şəxs barəsində daha ciddi sanksiyalar tətbiq olunacaq.

U-14 Liqasının VI turunun “Xəzri” İK – “Lion” PFK oyununda “Xəzri”nin oyunçuları - Məhəmməd Həsənovla Turan Abdulzadə təcavüzkar davranış (kütləvi qarşıdurma zamanı rəqibin əl ilə vurulması) göstərdiklərinə görə qırımızı vərəqə ilə meydandan kənarlaşdırıldıqları üçün 3 oyun cəzalanıblar. “Lion”un oyunçusu Heydər İsmayılov da təcavüzkar davranış (kütləvi qarşıdurma zamanı rəqibin əl ilə vurulması) göstərdiyinə görə qırımızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-14 Liqasının VI turunun “Baku Sporting” FK – “Record Club” oyununda “Baku Sporting”in məşqçisi təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-14 Liqasının VI turunun “Sumqayıt” FK – “Sabah” FK oyununda “Sumqayıt”ın oyunçusu Nurlan Quluzadə ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasının IX turunun “Qarabağ”  – “Səbail” oyununda “Səbail”in futbolçusu Raul Məmmədov qeyri idman hərəkəti etdiyinə görə ikinci dəfə xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasının IX turunun EFA – “Sabah” oyununda “Sabah”ın futbolçusu Tunar Mehdizadə aqressiv davranış etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. EFA-nın futbolçusu Cavid Əfəndiyev aqressiv davranış göstərdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-16 Liqasının IX turunun “Neftçi”  – “Şamaxı” oyununda “Şamaxı”nın futbolçusu Məcnun Bağırov komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Son xəbərlər
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
“Çempionatda ən vacib qələbələrdən birini qazandıq” - Ayxan Abbasov
“Turan Tovuz”la “Kəpəz”in əvəzedicilərindən heç-heçə
A Seriyasının oktyabr üçün ən yaxşıları
Premyer Liqada oktyabrın ən yaxşıları məlum oldu
DAHA ÇOX

Ən çox oxunanlar