İki güləşçimiz AÇ-nin finalında

İki güləşçimiz AÇ-nin finalında

Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə U23 Avropa çempionatına start verilib.

Sports.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kq-da finalçılar müəyyənləşib.

Rəhman İmanov (57 kq) təsnifat mərhələsində rusiyalı (U20) Avopa çempionu və dünya ikincisi Lev Pavlova 0:3 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz sabah təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Stefan Şterjovla qarşılaşacaq.

Murad Haqverdiyev (65 kq) ispaniyalı Felipe Millaya 5:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, rusiyalı (U17) Avropa çempionu Amal Candubayevə məğlub olub – 4:8. Rəqib finala yüksəldiyi üçün Murad sabah təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovla güləşəcək.

Kənan Heybətov (70 kq) qitə birinciliyinə möhtəşəm start verib. Həmyerlimiz ukraynalı Narek Poqosyan, bolqarıstanlı Kaloyan Atanasov və belçikalı Muhammad Abduraxmanova vaxtından əvvəl – 10:0 hesabıyla qalib gələrək adını finala yazdırıb. Kənan qızıl medal uğrunda rusiyalı Maqomed Eltemirovla mübarizə aparacaq.

Fərid Cabbarovun (79 kq) da debütü uğurlu alınıb. Milli üzvü gürcüstanlı Giorgi Qoqritçianini (8:4), italiyalı Raffaele Matrullonu (10:0) və isveçrəli Umar Mavlayevi (3:1) üstələyərək finala yüksəlib. Fərid həlledici görüşdə rusiyalı Arsen Balayanla üz-üzə gələcək.

Abdulcəlil Şabanov (97 kq) təsnifat mərhələsində ermənistanlı Sergey Sargsyana (3:11) uduzub.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar