Digər
ABL-də 17-ci tura yekun vuruldu

09.03.2025 | 21:40
Azərbaycan Basketbol Liqasında 17-ci tura yekun vurulub.
Sports.az xəbər verir ki, sonuncu matçda "Sumqayıt" "Ordu"nu qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 122:116.
Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran "gənclik şəhəri" təmsilçisi dördüncü pillədə qərarlaşıb. "Hərbçilər" 28 xalla üçüncü sıradadır.
Günün ilk matçında "Gəncə" "Lənkəran"dan üstün olub - 90:76.
Turun daha əvvəl baş tutan görüşlərində NTD "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, "Abşeron" "Sərhədçi"ni 77:75 hesabı ilə məğlub edib.
Son xəbərlər





























