Güləş/Cüdo
Yeniyetmə cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladı

09.03.2025 | 22:45
Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.
Sports.az xəbər verir ki, yarışın ikinci günündə idmançılarımız bir gümüş və bir bürünc medalla yadda qalıblar.
Oğlanlar arasında -73 kq çəkidə Ayxan Həsənli gümüş medalın sahibi olub. -90 kq çəki dərəcəsində tatamiyə çıxan Səid Hüseynov isə bürünc medala yiyələnib.
İlk yarış günündə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova və Röyal Qayıbov isə bürünc medal qazanmışdı. Beləliklə, Avropa Kubokunu 5 medalla (2 gümüş və 3 bürünc) başa vuran millimiz ümumi komanda hesabında 24 ölkə arasında 7-ci yeri tutub.
Son xəbərlər





























