Babaşov AÇ-də finala yüksəldi

Babaşov AÇ-də finala yüksəldi

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U23 Avropa çempionatı davam edir.

Sports.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.

Elmir Əliyev (55 kq) moldovalı Maksim Sarmanovla (9:1) albaniyalı Andi Mukanı (11:2) vaxtından əvvəl üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında rusiyalı Alibek Amirovla gərgin mübarizə şəraitində keçən görüşün sonlarında təşəbbüsü əldən verən Elmir sonuncu xal prinsipinə əsasən (2:2) məğlubiyyətlə barışıb. Əliyev sabah bürünc medal uğrunda Filip Bartoşik (Çexiya) – Vasileios Papageorgiu (Yunanıstan) qarşılaşmasının qalibiylə güləşəcək.

Ziya Babaşov (63 kq) startda isveçli Aleksander Vafaini yolundan kənarlaşdırıb – 3:1. Həmyerlimiz 1/4 finalda yunanıstanlı Marios Kapantaisə (10:2), yarımfinalda isə bolqarıstanlı Miroslav Emilova (8:0) tam üstünlüklə qalib gələrək adını finala yazdırıb. Ziya həlledici görüşdə moldovalı Vitali Yeriomenkoyla qarşılaşacaq.

Xasay Həsənli (77 kq) yunanıstanlı Andreas Vasilakopula tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/4 finalda almaniyalı Aaron Bellşeidtə 3:7 hesabıyla məğub olub. Rəqib finala yüksəldiyi üçün Xasay sabah təsəlliverici görüşdə bolqarıstanlı Albert Doyevlə güləşəcək.

Cocu Səmədov (87 kq) təsnifat mərhələsində ermənistanlı Vigen Nazaryana (0:7), Ayxan Mərdanov (130 kq) isə eyni mərhələdə çexiyalı Artur Sarkisyana (0:2) uduzub.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar