“Qarabağ”la matçda var gücümüzü ortaya qoymağa çalışacağıq”

“Qarabağ”la matçda var gücümüzü ortaya qoymağa çalışacağıq”

“Kəpəz”in yarımmüdafiəçisi Nicat Süleymanov Premyer Liqanın 13-cü turu çərçivəsində qarşılaşacaqları “Qarabağ”la oyundan öncə fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Bizi həddindən artıq çətin oyun gözləyir. Bunun fərqindəyik. Layiqli şəkildə mübarizə aparmağa çalışacağıq. Çempionatda asan görüş yoxdur. Bütün qarşılaşmalar gərgin keçir. “Qarabağ” qarşısında nə gücümüz varsa, ortaya qoymağa çalışacağıq. Hamı rəqibin gücünə bələddir. Bununla belə meydana xal qazanmaq üçün çıxacağıq.

Komandamızda hər şey yaxşıdır. “Səbail” üzərində qazandığımız qələbədən sonra əhval-ruhiyyəmiz daha da artıb. Gəncədəki oyunu unudub qarşıdakı matça köklənmişik.

Meydana çıxıb-çıxmayacağım baş məşqçinin qərarından asılıdır. Onun qərarına hörmətlə yanaşıram. Kimin oynamasından asılı olmayaraq, əsas olan komandanın nəticəsidir. Meydanda mənə nə qədər şans düşsə, istifadə edib etimadı doğrultmağa çalışacağam.

Sağ və sol cinahda oynamaq mənim üçün ilk dəfə deyil. Bu mövqelərdə özümü yad hiss etmirəm. Milli komandalarda dəfələrlə cinahlarda oynamışam, özümü pis də göstərməmişəm. Əsas yerim yarımmüdafiənin mərkəzidir. Baş məşqçi hansı mövqedə güvənsə, orada da çıxış edə bilərəm”.

Son xəbərlər
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
“Çempionatda ən vacib qələbələrdən birini qazandıq” - Ayxan Abbasov
“Turan Tovuz”la “Kəpəz”in əvəzedicilərindən heç-heçə
A Seriyasının oktyabr üçün ən yaxşıları
Premyer Liqada oktyabrın ən yaxşıları məlum oldu
DAHA ÇOX

Ən çox oxunanlar