“Sumqayıtda amerikalılara böyük hörmət var”

“Sumqayıtda amerikalılara böyük hörmət var”

"Sumqayıt"da hər şey ürəyimcədir.

Sports.az xəbər verir ki, bunu Sumqayıt təmsilçisinin amerikalı oyunçusu Endryu Louder Azərbaycan Basketbol Liqasının XVII turunda “Ordu” ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Qarşılşamada 44 xal toplayaraq mövsümün məhsuldarlıq rekordunu müəyyənləşdirən oyunqurucusu əvvəlcə komanda daxili ab-havadan danışıb:

“Bildiyiniz kimi, “Sumqayıt”ın bu mövsüm sonuncu transferiyəm. Buna baxmayaraq, əla ab-havaya düşmüşəm. Komanda daxilindəki möhtəşəm ab-havaya söz ola bilməz. Hər şey ürəyimcədir. İstər rəhbərlik, məşqçi heyəti, istərsə də oyunçularla çox yaxşı dil tapıram”.

O, Sumqayıt şəhərini bəyəndiyini söyləyib:

“Özüm üçün müəyyən qaydalar müəyyənləşdirmişəm. Məsələn, ən sevdiyim kafeyə gedirəm, xoşladığım marketdən alış-veriş edirəm. Buranın insanlarına böyük dəyər verirəm. Şəhər məni öz sakini kimi qəbul edir. Sumqayıtda amerikalılara böyük hörmət var. Hərçənd başqa münasibət də bəsləyə bilərdilər. Buna görə də Sumqayıtı çox sevirəm”.

L.Endryu Azərbaycan Basketbol Liqası haqqında da fikirlərini bölüşüb:

“Azərbaycan çempionatının səviyyəsi yüksəkdir. Deyə bilərəm ki, rəqabətədavamlı liqadır. Məsələn, yer aldığımız B qrupunda hər komanda istənilən rəqibi məğlub edə bilər. Oyunların nəticələrini əvvəlcədən proqnozlaşdırmaq olmur. A qrupundan heç danışmağa dəyməz. Məsələn, “Naxçıvan” “Sabah” kimi komandanı məğlub edir, sonra “Neftçi”yə böyük hesabla uduzur”.

Basketbolçu sonda “Sumqayıt”ın hədəflərindən danışıb:

“Avropa ölkəsinin basketbol çempionatında oynayan hər bir komandanın hədəfi daxili yarışda çempion olmaqdır. “Sumqayıt” da bu arzularla yaşayır. Avrokuboklarda çıxış etmək istəyərdik. Mən komandama inanıram”.

Qeyd edək ki, “Sumqayıt” - “Ordu” matçı birincilərin 122:116 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər
“Neftçi” NTD-ni məğlub etdi
“Sumqayıt”da yeni futbolçu
Touni Avropa futboluna qayıda bilər
“Araz-Naxçıvan” ÇL-in pley-off mərhələsinə vəsiqə qazandı
“Neftçi”dən darmadağın - VİDEO
“Bütün oyunlarda istəkli olmuşuq” - Samir Abasov
“Verdikəri qərarların hamısı onlara yedizdiriləcək” - Azər Bağırov
Avropa nəhəngləri “Levante”nin hücumçusu ilə maraqlanırlar
“Neftçi”dən asan, “Zirə”dən çətin qələbə
Abşeron-Xızı bölgəsində region birinciliyinə start verilib
“Liverpul” iki yüksək səviyyəli yarımmüdafiəçi istəyir
“Sabah”ın əvəzedicilərindən darmadağın
“Zirə”dən əzmkar qələbə - VİDEO
“Renato milliləşdirilsə, Azərbaycan yığmasına xeyir verər” - Rəşad Sadıqov
“Karvan-Yevlax” Premyer Liqadakı yerini qoruyub-saxlayacaq”
“Barselona” “Atletiko”nun hücumçusunun agenti ilə danışıqlar aparır
“Naxçıvan” “Quba”ya qalib gəldi
“Real”ın ulduzu Avropanın iki nəhənginin maraq dairəsindədir
İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdı
Azərbaycan və Özbəkistanın seçmə matçına start verilib
“Bayern” “Feyenoord”un müdafiəçisini əldə etmək istəyir
“Araz-Naxçıvan”ın sonuncu sınağı
AFFA-da məşqçilər üçün seminar keçirilib
“Bayern”in ulduzu İngiltərə nəhənglərinin maraq dairəsindədir
Millimizin matçlarının təqvimi açıqlandı
Futzal hakimləri və inspektorlar üçün seminar
Səudiyyə Ərəbistanından Salaha nəhəng məbləğdə təklif var
Azərbaycan idmançılarının noyabr ayına olan reytinq cədvəli açıqlandı
Krivotsyuk hesabı açdı, komandası inamlı qələbəyə sevindi
MY “Real”la oyunçu mübadiləsini hədəfə aldı
DAHA ÇOX

Ən çox oxunanlar