Digər
Azərbaycanlı hakim beynəlxalq yarışa təyinat aldı

13.03.2025 | 17:00
Azərbaycanlı beynəlxalq voleybol hakimi Eldar Zülfüqarov milli komandaların oyunlarına təyinat alıb.
Sports.az xəbər verir ki, o, mayın 30-dan iyunun 1-ə kimi Bakıda keçiriləcək qadınlar arasında Avropa Qızıl Liqasının ilk mini-turnirinin bir neçə görüşündə hakimlik edəcək.
Zülfüqarov türkiyəli həmkarı Caner Çildirlə birlikdə mayın 31-də Sloveniya - Macarıstan görüşünü idarə edəcək. Ertəsi gün isə o, serb Deyan Rogiç ilə birlikdə Azərbaycan - Sloveniya matçında çalışacaq.
Azərbaycan millisi Avroliqanın Bakı mərhələsinin açılış matçında Macarıstanla qarşılaşacaq. Görüşü idarə etmək Caner Çildir və Deyan Rogiçə həvalə olunub.
Son xəbərlər





























