Digər
Millimizin beynəlxalq turnirdəki növbəti rəqibi bəlli oldu

14.03.2025 | 11:45
Azərbaycan millisinin Bolqarıstanın Varna şəhərində təşkil olunan həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti rəqibi bəlli olub.
Sports.az xəbər verir ki, yığma 5-8-ci yerlər uğrunda qarşılaşmada Paraqvayla üz-üzə gələcək.
Qarşılaşma martın 15-də, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Azərbaycan millisi B qrupunu sonuncu sırada bitirib. Komanda Moldova (21:33), Nigeriya (17:29) və ABŞ (25:45) yığmalarına uduzub.
Son xəbərlər





























